Gündəm

Sevgilisi tibb bacısını yataq otağında öldürdü: bir sözə görə - İLGİNC TƏFƏRRÜAT

10 Oktyabr 2017 18:25

Şimali Kipr Türk Cumhuriyətinə köçüb, Mağusa Dövlət Xəsətəxanasında tibb bacısı olaraq işləməyə başlayan Halime Çetin aralarında baş verən anlaşılmazlıqdan sonra 2 ildən çoxdur birlikdə olduğu Hayrettin Özcömertdən ayrılıb.

Nazirlər Kabinetinin iş qaydası və Aparatının Əsasnaməsi təsdiq edildi

10 Oktyabr 2017 18:24

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Dövlət İmtahan Mərkəzi X sinif “Ümumi tarix” dərsliyi ilə bağlı qalmaqala münasibət bildirib

10 Oktyabr 2017 18:22

Dövlət İmtahan Mərkəzi (DİM) X sinif “Всеобщая история” (“Ümumi tarix”) dərsliyi ilə bağlı məsələyə münasibət bildirib. Mərkəzdən  bildirilib ki, DİM ancaq dərsliklərin Azərbaycan dilində olan variantlarının qiymətləndirilməsində iştirak edib. Sonradan bu dərsliklər Rus dilinə tərcümə edilərək istifadəyə verilib: “Mərkəz tərəfindən istifadədə olan dərsliklərin monitorinqini və dərsliklərin çap olunmadan qiymətləndirilməsi aparılır.

Mövsümi saç tökülməsinin təbii həlli yolları

10 Oktyabr 2017 18:22

Gündə 100 ədəd saç tökülməsi normal qarşılanır. Lakin mövsüm keçidlərində bu rəqəm 100, hətta 200-i də keçə bilər. Mövsümi saç tökülməsinin qarşısını almaq üçün bir çox təbii üsulları var.

Kataloniya referendumu: "Qoca qitə" dilemma qarşısında

10 Oktyabr 2017 18:21

İspaniyanın Kataloniya əyalətində müstəqillik barədə referendum keçirilməsi Avropada cavabsız suallar meydana gətirib. Mütəxəssislər baş verən hadisələrin müxtəlif səbəblərini göstərirlər.

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

10 Oktyabr 2017 18:20

NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Bu barədə MN-dən bildirilib. 

Seda Sayan sevgilisindən ayrıldı

10 Oktyabr 2017 18:19

Müğənni Seda Sayan avqustdan eşq yaşadığı sevgilisi Murad Karabovadan ayrılıb. Ayrılığa səbəb Sedanın yaxınlarının "o adamdan ehtiyatlı ol" deyə xəbərdarlıq etmələridir. Bu xəbərdarlığa səbəb isə bu yaxınlarda infeksiya xəstəliyi keçirən Muradın iki uşağının anası, keçmiş həkim həyat yoldaşı Aslı Sarıpınarın yanına gedərək onun müalicəsini qəbul etməsidir.

Yeni zibil qutuları gəldi - Dolanda siqnal ötürür

10 Oktyabr 2017 18:14

Rusiyanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cari ilin sentyabrında qəbul edilən yeni qaydalara görə, istifadə müddəti keçmiş köhnə zibil qutuları yeniləri ilə əvəzlənəcək.

İtaliya yığması Antonio Konteni geri qaytara bilər

10 Oktyabr 2017 18:13

İtaliya Futbol Federasiyası (FİGC) İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Antonio Konteni yığmanın sükanı arxasına qaytarmaq istəyir. FİGC milli komandanın 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki çıxışından narazıdır. "Skuadra Adzurra" qrupda 2-ci yeri tutaraq, "pley-off"a yüksəlsə də, hazırkı baş məşqçi Canpyero Ventura böyük təzyiq altındadır. Yığma dünya çempionatına çıxmaq üçün gələn ay "pley-off" səddini adlamalıdır. Venturanın federasiya ilə 2020-ci ilədək nəzərdə tutulan müqaviləsinin pozulacağı və "Çelsi"də işləri ötənilki kimi qaydasında olmayan Kontenin geri qaytarılacağı bildirilir.

Bu şəxslərə güzəştlər artırılır

10 Oktyabr 2017 18:12

Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması müddətləri artırlır. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir. Belə ki, təklif edilən dəyişikliyə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.

5 yaşlı qızda 16 yaşlı qız bədəni var - nadir xəstəlik 

10 Oktyabr 2017 18:11

Böyrəküstü vəzilərində fəsadlar olan 5 yaşlı qızın orqanizmi cinsi yetkinlik baxımından 16 yaşlı qızın səviyyəsindədir. Son bir il ərzində Emili Doverin vücudu yetkinlik yaşına çatmış qız bədənini xatırladır.

Bağırsaqları çöldə doğulan körpə həkimləri dəhşətə gətirdi - FOTOLAR

10 Oktyabr 2017 18:10

Böyük Britaniyanın Karmarten şəhərində bağırsaqları bədəninin üstündə dünyaya gələn körpə hamını heyrətə gətirib. Qastroşizis diaqnozu qoyulan körpə həyatda qalmaq üçün mübarizə aparır. Bir növ qarın divarı xəstəliyi olan qastroşizis ana bətnində uşağın inkişafdan qalması səbəbindən baş verir. Uşağın bağırsaqları göbək bağı üzərində inkişaf etdiyi üçün dünyaya gələndə bağırsaqlar çöldə olur. Lakin bu prosesdə infeksiyaya yoluxma olmazsa, ölüm riski çox azdır.

Hərəkət edən anda çəkilən 5 heykəl - İNANILMAZ VİDEO

10 Oktyabr 2017 18:08

Daşdan, gildən və digər bərk materiallardan hazırlanan heykəllərin hərkət etməsinə inanmaq çətindir. Lakin sosial şəbəkələrdə yayılan videolar sübut edir ki, bəzi heykəllər hərəkət edir.

Libermandan müharibə proqnozu

10 Oktyabr 2017 18:04

"Ölkənin şimalında yeni müharibə təhlükəsi təqdirində ölkə eyni zamanda həm Suriya, həm də Livana qarşı hərbi əməliyyatlar aparmalı olacaq". Bu açıqlamanı İsrailin müdafiə naziri Aviqdor Liberman verib. O bildirib ki, İsrail yeni silahlı münaqişənin baş verməməsi üçün əlindən gələni etməlidir.

AŞPA-nın yeni sədri məlum oldu

10 Oktyabr 2017 18:00

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni sədri seçilib. Bu vəzifəyə Stella Kiriakides seçilib. AŞ PA-nın qaydalarına uyğun olaraq yeni sədr oktyabrın 9-da Strasburqda payız sessiyasında gizli səsvermə yolu ilə seçilib.