Gündəm

“Microsoft” şirkəti “Windows 10 Phone” sisteminin uğursuzluğunu etiraf edib

10 Oktyabr 2017 19:35

“Microsoft” şirkətinin icraçı direktoru Co Belfior deyib ki, şirkət “Windows 10 Mobile” üçün yeni qurğu və yeniləmələr yaratmayacaq. O, bu haqda “Twitter”də yazıb.

“BlackBerry Motion” smartfonu rəsmən təqdim edilib

10 Oktyabr 2017 19:30

“BlackBerry” brendli mobil qurğuların istehsalı üçün hüquqlara sahib “TCL” şirkəti “BlackBerry Motion” smartfonunu rəsmən təqdim edib.

Ekstremal temperaturda işləyən yaddaş kartları təqdim edilib

10 Oktyabr 2017 19:25

“Western Digital” şirkəti yaddaş kartlarının yeni seriyasını təqdim edib. “SD” və “microSD” formatlı daşıyıcılar yüksək təhlükəsizlik dərəcəsinə malikdir, nəqliyyat vasitələri və sənaye avadanlığında istifadə üçün nəzərdə tutulub. 

Çin 2019-cu ildə displey istehsalı üzrə dünyada birinci yerə çıxacaq

10 Oktyabr 2017 19:21

Maye-kristal ekranların (LCD) istehsalı zavodlarının genişləndirilməsinə aktiv şəkildə vəsaitlər yatıran Çin şirkətlərinin 2019-cu ilədək ölkəni displeylərin buraxılışı üzrə iri istehsal bazasına çevirəcəyi gözlənilir. Çinin sənaye assosiasiyalarının nümayəndələri belə düşünür.

Həbs etdiyi qızla nişanlandı

10 Oktyabr 2017 19:15

Antalyada məhkəmədə ifadə vermədiyi üçün polis bölməsinə aparılan jurnalist qız 25 yaşlı Tuğçe Saraç onu nəzarətə götürən 26 yaşlı polis serjantı ilə bir il sonra nişanlanıb. Keçən il 23 oktyabrda Antalya Qəzetçilər Cəmiyyətinin təşkil etdiyi gəzintidən qayıdan və içərisində çoxlu sayda jurnalistin olduğu avtobus polis keçid məntəqəsində saxlanılıb. Kimlik yoxlanışı aparılan jurnalistlərdən Tuğçe Saraç əvvəl məhkəməlik olan bir məsələylə bağlı ifadə verməyə getmədiyi üçün avtobusdan düşürülərək bölməyə aparılıb.

TFF-dən Luçeskuyla bağlı açıqlama

10 Oktyabr 2017 19:10

Türkiyə Futbol Federasiyası (TFF) yerli mətbuatda yayılmış millinin baş məşqçisi Mirça Luçesku ilə yolların ayrılacağı və onu "Başakşəhər"in baş məşqçisi Abdullah Avcının əvəz edəcəyilə bağlı xəbərlərə münasibət bildirib.

Ailədə münaqişə kişilərin infarkt olmasına səbəb yaradır — Tibbi araşdırma

10 Oktyabr 2017 19:05

Britaniyalı tədqiqatçılar ailə münasibətlərinə aid yeni araşdırmanın nəticələrini açıqlayıblar. Ailə həyatında ciddi problemlər kişilərin infarkt riskini artırır. Qadınlara isə bu şamil olunmur. Tədqiqat nəticəsində məlum olub ki, ailə həyatındakı problemlər qan təzyiqində, xolesterin miqdarı və kişilərin çəkisində kəskin artımla sıx əlaqəlidir. 

Diqqət: Meyvə sularının tərkibindən xəbərdarsınız?

10 Oktyabr 2017 19:00

İngiltərədə yerli mətbuat, meyvə sularıyla bağlı bəzi faktlar gündəmə gətirilib. İçərisində kifayət qədər şəkər olan bu meyvə sularının düzgün saxlanmasının vacibliyini qeyd edən qəzetlər, insanları daha diqqətli olmağa çağırıb.

Xanımların pəhrizlə bağlı söylədiyi yalanlar...

10 Oktyabr 2017 18:55

Aparılan araşdırmalarda qadınların qidalanmaları ilə bağlı ildə təxminən 500 dəfə yalan danışdığı məlum olub. “Daily Telegraph”dərgisində nəşr olunan xəbərə görə, qadınların pəhrizlə əlaqədar söylədiyi yalanların əksəriyyəti şokalad, pendir və spirtli içkiylə bağlıdır.

Göz xəstəlikləri: Səhv bildiklərimiz və doğrular

10 Oktyabr 2017 18:50

Eynəkdən istifadə ilə bağlı dincəldici eynək: Belə bir eynək yoxdur. Eynəklər dəyərlərinə görə rəqəmlərlə ifadə edilir və əgər taxıldığı zaman görməni daha da yaxşılaşdırırsa taxılmalıdır.

Xəbərdarlıq: Fast food depressiya riskini artırır!

10 Oktyabr 2017 18:45

Fast food, ayaqüstü qidaların depressiya riskini artırdığı məlum olub. Journal of Public Health Nutrition jurnalında dərc olunan araşdırmada hamburger, sosiskalı buterbrodlar və pizza kimi fast food qidalarını çox qəbul edən insanlarda depressiv əlamətlərin olduğu qeyd edilib. Bu faiz tez-bazar hazırlanan qidaları nadir hallarda qəbul edən insanlarla müqayisədə 51 faiz çox olur.

Uşaq əmizdirən qadın pəhriz saxlaya bilərmi?

10 Oktyabr 2017 18:40

Hamiləlik zamanı qadınların həddən artıq kilo almaları, doğuşdan sonra onları narahat edən ən böyük problemə çevrilir. Bəzi xanımlar düşünürlər ki, uşaq dünyaya gətirəndən sonra, körpəsinə ana südü verdiyi üçün anaların pəhriz saxlamaları doğru deyil.

Qadınlarda 40 yaşından sonra nələr baş verir?

10 Oktyabr 2017 18:36

Klimaks — klimakteri (qocalığın yaxınlaşması ilə əlaqədar olaraq qadın cinsiyyət vəzilərinin fəaliyyətdən düşməsi dövrü) yaşı qadınlarda istər sosial, istərsə də tibbi aspektdə mürəkkəb dövrdür. Bu gün geniş yayılan fikirlərə görə, klimaks zamanı üzləşdiyimiz şikayətlər qaçılmaz və müvəqqətidir. Müasir təbabətin uğurları belə fikirlərin səhv olduğunu aydın göstərir.

"Çelsi"də ciddi zədə - "Qarabağ"la oyunu buraxacaq

10 Oktyabr 2017 18:28

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən "Çelsi" itkiylə üzləşib. "Zadəganlar"ın yarımmüdafiəçisi Nqolo Kante sıradan çıxıb. O, Fransa millisinin heyətində DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığmasıyla səfər oyununda (1:0) zədələnib. Fransalı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutacaq "Kristal Palas"la oyunu buraxacaq.