Gündəm
İsraildən Fələstinə azan QADAĞASI
İsrail qüvvələri fələstinlilərə azan oxunmasını qadağa edib. Olaylar bildirir ki, İsrailin Qərb Şəriyənin cənubundakı bir kənddə yerləşən məsciddə səsgücləndirici ilə azan oxunmasına qadağa qoyulub. İsrail qüvvələri bu qərarlarının səbəbini yahudilərin narahat olması ilə əlaqələndiriblər.
“Barselona”nın sabiq futbolçusu həbs edildi
2001-2005-ci illərdə “Barselona”da çıxış etmiş braziliyalı futbolçu Fabio Roşembak xoruz döyüşdürdüyü üçün həbs olunub. Polislər 35 yaşlı sabiq futbolçunun 89 xoruzunu da müsadirə edib. Xoruzların ümumi dəyərinin 30 min avro olduğu bildirilir.
Kataloniyanın müstəqilliyi təxirə salındı (YENİLƏNDİ)
Karles Puçdemon Kataloniyanın müstəqilliyinin elan olunmasının təxirə salınmasını təklif edib: "Seçkilərdə müstəqillik haqqını əldə etdik. Amma biz dialoq tərəfdarı olduğumuz üçün Madrid hökumətilə bu məsələni həll etmək istəyirik. Müstəqilliyi onlarla görüşərək həll etmək istəyirik" İspaniya hökuməti katalonların lideri Karles Puçdemont haqqında cinayət işi açsa da, Kataloniya polisi onun təhlükəsizliyini ciddi şəkildə qoruyur. Parlamentin binası təhlükəsizlik qüvvələri tərəfindən dövrəyə alınıb. ***
Heydər Əliyev Sarayda “Rast dəstgahı”
Noyabrın 1-də Heydər Əliyev Sarayında “Muğam və Mənəviyyat” adlı konsert keçiriləcək. Saraydan Olaylar-a verilən məlumata görə, “Rast dəstgahı” muğamının səsləndiriləcəyi gecədə xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova və Əməkdar artist Ehtiram Hüseynov iştirak edəcəklər.
“ƏSA” - dan yeni tamaşa
Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan “ƏSA” teatrı növbəti tamaşanın məşqlərini davam etdirir. Teatrdan Olaylar - a verilən məlumata görə, Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsəri əsasında hazırlanan tamaşa teatrın birillik fəaliyyətində üçüncü olacaq və noyabrda səhnəyə qoyulacaq. Səhnə əsərində altısı fiziki məhdudiyyətli olmaqla səkkiz aktyor iştirak edəcək.
Bakı Xoreoqrafiya Akademiyası Ümumrusiya elmi-praktiki konfransında iştirak edəcək
Dekabrın 1 - də Moskva Dövlət Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə rus baleti ənənələri və görkəmli xoreoqraf Marius Petipa irsinin təbliğinə həsr olunmuş “Balet sənəti və xoreoqrafiya təhsili inkişafının aktual problemləri” mövzusunda Ümumrusiya elmi-praktiki konfrans keçiriləcək. Olaylar bildirir ki, Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyev Moskva Dövlət Xoreoqrafiya Akademiyasının rektoru, Rusiya Federasiyasının xalq artisti Mariya Leonova tərəfindən sözü gedən mötəbər tədbirin Təşkilat Komitəsi üzvlüyünə və konfransda iştirak etməyə rəsmi dəvət alıb.
“Tıq-tıq” festivalda uğurla çıxış edib
Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasının Elista şəhərində (Kalmıkiya Respublikası) keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında iştirak edib. Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Kalmıkiya Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Festivalda teatr ölkəmizi A.Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə təmsil edib. Olaylar bildirir ki, kollektiv festivaldan diplomlar və fəxri fərmanlarla geri dönüb. ADGTT-nın festivalda iştirak edən heyəti aktiv iştirakına, yüksək peşəkarlıq və yeniyetmələrlə peşəkar ünsiyyətə görə Elista şəhərinin Təhsil İdarəsinin Fəxri fərmanı, gənc nəslin təlim tərbiyəsində milli dəyərlərin yüksək səviyyədə qorunması və teatr sənətinin estetikasının düzgün çatdırılmasına görə Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının diplomuna layiq görülüb.
İlham Əliyev 8 fərman imzaladı (YENİLƏNDİ)
Polad Bülbüloğlu namizədliyini geri götürdü
YUNESKO-nun baş direktoru vəzifəsinə seçkilərin ikinci turu nəticəsiz bitib. Heç bir namizəd səs çoxluğu qazana bilməyib. Məlumata görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.
Dostları toy mərasimində bəyi öldürdü
“Sirr -2017” kolleksiyası təqdim edilib - FOTO
Tanınmış modelyer Fikrət Əliyev yeni geyim kolleksiyasını təqdim edib. Olaylar bildirir ki, “Sirr -2017” adlı kolleksiyanın çəkilişləri dəniz kənarında aparılıb. F.Əliyev yeni kolleksiyası haqqında bildirib ki, yay mövsümü artıq başa çatıb, dünya modelyerləri yeni payız-qış kolleksiyalarını təqdim edirlər: “Yeni geyim modellərimi fərqli üsulda nümayiş etdirmək istədim. Kolleksiyada daha çox rəngli parçalara üstünlük verilib. Kolleksiyamda payız və qış aylarında xanımlarımızı cansıxıcı geyimlərdən uzaq tutmağa çalışdım. Çünki qadınlarımızın bu mövsümdə göz oxşayan, cəlbedici geyimlərə üstünlük vermələrini istərdim”.
Tualet növbəsi üstündə dava: 1 nəfər öldü
9 nəfər xarici vətəndaşın bir yerdə qaldığı evdə qəribə cinayət hadisəsi baş verib. Hadisə İstanbulun Başakşehir ərazisində qeydə alınıb. 5 mərtəbəli binada yaşayan 9 əcnəbi tualetə birinci girmək üstündə əlbəyaxa olub. Mübahisə zəminində onlardan biri boğazından aldığı bıçaq yarasından dünyasını dəyişib.
Dünyada ən çox satılan smartfonlar açıqlanıb
“iPhone 7” 2017-ci ilin ilk yarısı üçün dünyada ən çox satılan smartfonlar siyahısında birinci yeri, böyüdülmüş “iPhone 7 Plus” modeli isə ikinci yeri tutub. Buna baxmayaraq “iPhone 7 Plus” modeli 2016-cı ilin birinci yarısında satışa çıxarılan “iPhone 6s” və “iPhone 6s Plus” smartfonları ilə müqayisədə az tədarük edilib. Bu barədə “IHS Markit” tədqiqat şirkətinin hesabatında deyilir.
Dünyada məlumat itkisinin həcmi 8 dəfə artıb
İnformasiya təhlükəsizliyinin təmini texnologiyaları üzrə ixtisaslaşmış “InfoWatch” şirkətinin məlumatına əsasən, dünyada məxfi məlumatların itkisinin həcmi 8 dəfə artıb ki, bu da rəqəmli iqtisadiyyatın aktiv inkişafı ilə əlaqədardır.
“5G” rabitə texnologiyası üzrə məlumatların ötürülməsində rekord göstərici qeydə alınıb
İnformasiya texnologiyalarına həsr edilmiş “GITEX” illik sərgisi çərçivəsində BƏƏ-nin “Etisalat” telekommunikasiya şirkəti beşinci nəsil rabitə texnologiyasının imkanlarını nümayiş etdirib. Alimlər mobil şəbəkələrdə məlumatların simsiz ötürülməsi sürəti üzrə dünya rekorduna imza atmağa nail olublar. Mütəxəssislər bunun üçün kanalın buraxılış zolağını artırmağa imkan MIMO massiv və 2 QHs tezlikdən istifadə ediblər.







.jpg)


.jpg)



