Heydər Əliyev Sarayda “Rast dəstgahı”
Noyabrın 1-də Heydər Əliyev Sarayında “Muğam və Mənəviyyat” adlı konsert keçiriləcək. Saraydan Olaylar-a verilən məlumata görə, “Rast dəstgahı” muğamının səsləndiriləcəyi gecədə xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova və Əməkdar artist Ehtiram Hüseynov iştirak edəcəklər.
11 Oktyabr 2017 09:10 MədəniyyətNoyabrın 1-də Heydər Əliyev Sarayında "Muğam və Mənəviyyat" adlı konsert keçiriləcək. Saraydan Olaylar-a verilən məlumata görə, "Rast dəstgahı" muğamının səsləndiriləcəyi gecədə xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova və Əməkdar artist Ehtiram Hüseynov iştirak edəcəklər.
Fəraməz Gərmrudinin təqdimatında keçiriləcək gecədə xanəndələri "Könül" ansamblı müşayiət edəcək.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir.