Tualet növbəsi üstündə dava: 1 nəfər öldü
9 nəfər xarici vətəndaşın bir yerdə qaldığı evdə qəribə cinayət hadisəsi baş verib. Hadisə İstanbulun Başakşehir ərazisində qeydə alınıb. 5 mərtəbəli binada yaşayan 9 əcnəbi tualetə birinci girmək üstündə əlbəyaxa olub. Mübahisə zəminində onlardan biri boğazından aldığı bıçaq yarasından dünyasını dəyişib.
10 Oktyabr 2017 20:00 Dünya9 nəfər xarici vətəndaşın bir yerdə qaldığı evdə qəribə cinayət hadisəsi baş verib. Hadisə İstanbulun Başakşehir ərazisində qeydə alınıb. 5 mərtəbəli binada yaşayan 9 əcnəbi tualetə birinci girmək üstündə əlbəyaxa olub. Mübahisə zəminində onlardan biri boğazından aldığı bıçaq yarasından dünyasını dəyişib.
Hadisə yerinə gələn polislər faktla bağlı araşdırma aparıblar. Cəsəd ekspertizaya göndərilib. İlkin məlumatlara görə, binada yaşayanlar əslən Əfqanıstan vətəndaşları olublar. Digər 8 nəfər ifadələri alınması üçün polis məntəqəsinə aparılıb. Publika.az