“ƏSA” - dan yeni tamaşa
Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan “ƏSA” teatrı növbəti tamaşanın məşqlərini davam etdirir. Teatrdan Olaylar - a verilən məlumata görə, Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsəri əsasında hazırlanan tamaşa teatrın birillik fəaliyyətində üçüncü olacaq və noyabrda səhnəyə qoyulacaq. Səhnə əsərində altısı fiziki məhdudiyyətli olmaqla səkkiz aktyor iştirak edəcək.
11 Oktyabr 2017 09:03 Teatr və kinoƏsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan "ƏSA" teatrı növbəti tamaşanın məşqlərini davam etdirir. Teatrdan Olaylar - a verilən məlumata görə, Amerika yazıçısı Con Steynbekin "Adamlar və siçanlar" əsəri əsasında hazırlanan tamaşa teatrın birillik fəaliyyətində üçüncü olacaq və noyabrda səhnəyə qoyulacaq. Səhnə əsərində altısı fiziki məhdudiyyətli olmaqla səkkiz aktyor iştirak edəcək.
Tamaşanın quruluşçu rejissoru, teatrın bədii rəhbəri Nihad Qulamzadədir.