TFF-dən Luçeskuyla bağlı açıqlama
Türkiyə Futbol Federasiyası (TFF) yerli mətbuatda yayılmış millinin baş məşqçisi Mirça Luçesku ilə yolların ayrılacağı və onu "Başakşəhər"in baş məşqçisi Abdullah Avcının əvəz edəcəyilə bağlı xəbərlərə münasibət bildirib.
10 Oktyabr 2017 19:10 İdmanTürkiyə Futbol Federasiyası (TFF) yerli mətbuatda yayılmış millinin baş məşqçisi Mirça Luçesku ilə yolların ayrılacağı və onu "Başakşəhər"in baş məşqçisi Abdullah Avcının əvəz edəcəyilə bağlı xəbərlərə münasibət bildirib. Federasiyadan edilən açıqlamada çıxan xəbərlərin həqiqətəuyğun olmadığı qeyd edilib.
Xatırladaq ki, Luçesku bu il, DÇ-2018-in seçmə mərhələsinin gedişində yığmanın "sükanı arxasına" keçib. Milli onun rəhbərliyi altında seçmə mərhələni 15 xalla 4-cü pillədə başa vuraraq, mundialdan kənarda qalıb. Komanda.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31