"Çelsi"də ciddi zədə - "Qarabağ"la oyunu buraxacaq
"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən "Çelsi" itkiylə üzləşib. "Zadəganlar"ın yarımmüdafiəçisi Nqolo Kante sıradan çıxıb. O, Fransa millisinin heyətində DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığmasıyla səfər oyununda (1:0) zədələnib. Fransalı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutacaq "Kristal Palas"la oyunu buraxacaq.
10 Oktyabr 2017 18:28 İdman"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən "Çelsi" itkiylə üzləşib. "Zadəganlar"ın yarımmüdafiəçisi Nqolo Kante sıradan çıxıb. O, Fransa millisinin heyətində DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığmasıyla səfər oyununda (1:0) zədələnib. Fransalı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutacaq "Kristal Palas"la oyunu buraxacaq.
Qeyd edək ki, Kante ilə yanaşı, hücumçu Alvaro Morata da zədə səbəbindən növbəti turda forma geyinə bilməyəcək. Goal.az