Azərbaycan həm hərbi, həm də diplomatik cəbhədə Ermənistanı üstələyib

Ermənistanın uzun illərdir davam edən aqressiv siyasəti, ortaya qoyduğu qeyri-konstruktiv mövqe Dağlıq Qarabağ probleminin həllini mümkünsüz edir. Hər dəfə münaqişənin həlli istiqamətində ciddi bir addım atılmalı olduğu ərəfədə işğalçı ölkənin danışıqlar prosesini pozmaq  cəhdi günümüzdə də müşahidə edilməkdədir. Məlum olduğu kimi bu günlərdə regiona səfərlərinin yekunu olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin yaxın günlərdə görüşəcəyi barədə bilgi verilirdi. Hələlik görüşün vaxtı və yeri barədə ətraflı məlumat verilməsə də, lakin həmsədrlərin bəyanatlarından gəlinən nəticə ondan ibarətdir ki, prezidentlərin görüş ehtimalları böyükdür. Ancaq hər zaman olduğu kimi yenə də prezidentlərin görüşü ərəfəsində Ermənistan müxtəlif təxribat xarakterli addımlar ataraq danışıqlar prosesinə mane olmağa çalışır. 

İşğalçı ölkə bunu həzm edə bilmədiyindən danışıqlar prosesini pozmağa çalışır

Ermənistanın uzun illərdir davam edən aqressiv siyasəti, ortaya qoyduğu qeyri-konstruktiv mövqe Dağlıq Qarabağ probleminin həllini mümkünsüz edir. Hər dəfə münaqişənin həlli istiqamətində ciddi bir addım atılmalı olduğu ərəfədə işğalçı ölkənin danışıqlar prosesini pozmaq  cəhdi günümüzdə də müşahidə edilməkdədir. Məlum olduğu kimi bu günlərdə regiona səfərlərinin yekunu olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin yaxın günlərdə görüşəcəyi barədə bilgi verilirdi. Hələlik görüşün vaxtı və yeri barədə ətraflı məlumat verilməsə də, lakin həmsədrlərin bəyanatlarından gəlinən nəticə ondan ibarətdir ki, prezidentlərin görüş ehtimalları böyükdür. Ancaq hər zaman olduğu kimi yenə də prezidentlərin görüşü ərəfəsində Ermənistan müxtəlif təxribat xarakterli addımlar ataraq danışıqlar prosesinə mane olmağa çalışır.  Bununla da bir daha sülh prosesinə, problemin diplomatik yolla həllinə maraqlı olmadğını açıq şəkildə ortaya qoyur. Elə Azərbaycan Prezidenti Cənab İlham Əliyev də ötən gün Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bu məsələyə də toxunaraq İrəvanın hər vəchlə danışıqlar proseinə mane olmağa çalışdığını bir daha bəyan edib. Eyni zamanda dövlət başçısı onu da açıq şəkildə bir daha bəyan edib ki, Ermənistan danışıqlar prosesini pozmaqla yanaşı cəbhədə təxribatlarını davam etdirsə, nəticəsi çox ağır olacaq: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe dünyanın ən ali tribunalarından açıq bəyan edilmişdir. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik vəərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir". Prezident onu da qeyd edib ki, son vaxtlar danışıqlarda heç bir irəliləyiş yoxdur: "Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni, müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəribaşdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar. Həyat və reallıq bir daha onu göstərir ki, həmişə olduğu kimi, bizim təhlilimiz və siyasətimiz tam reallığı əks etdirir". Prezident onu da diqqətə çatdırıb ki, bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir: "Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri əslində açıq etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz dəəlbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticəəldə olunmasa da Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim edib".

Göründüyü kimi, Azərbaycan Prezidenti açıq və net şəkildə fikirlərini ifadə edərək işğalçı Ermənistana növbəti xəbərdarlığını edib. Dövlət başçısının BMT Bas Assambleyasının sessiyasında dünya dövlətlərini,  İrəvanın havadarlarını  Ermənistanın təxribatlara əl atacağı təqdirdə cəzalandırılacağı barədə xəbərdarlığından sonra,  bu dəfə də işğalçı ölkəyə ünvanladığı xəbərdarlıq mesajından çox güman ki, nəticə çıxarılacaq. Əks təqdirdə  Ermənistan acı nəticələrlə üzləşə bilər.  Elə əksər ekspertlər də bu qənaətdədir və hesab edirlər ki, Ermənistan ona ünvanlanmış xəbərdarlıqlardan nəticə çıxarmalıdır. Millət vəkili Sahib Alıyev də deyir ki, Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş toplantısındakı çıxışında dövlət başçımız İlham Əliev Dağlıq Qarabağ probleminə toxunarkən danışıqları pozmağa çalışan Ermənistanın öz məqsədlərinə çatmadığını vurğulayıb. Millət vəkilinin sözlərinə görə, artıq bir neçə dəfədir ki, cənab Prezident bu haqda danışsa da, bəlli səbəblərdən çox da detallara varmır: "Detallar deyəndə nələri nəzərdə tuturuq? Birincisi, aprel döyüşlərindən sonra Serj Sərkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Azərbaycana qarşı bir sıra addımlar atılmasını tələb edirdi ki, Qazaxıstan və Belarusun etirazıyla qarşılaşdı.  İkincisi, o, öncə bir neçə günə itirdikləri yüksəklikləri geri alacaqlarını, ardından da bunun mümkünsüzlüyünü görüb, Azərbaycanın azad etdiyi mövqeləri geri verməsə, heç bir danışılara getməyəcəklərini bildirirdi. Bu oldu? Olmadı.
Hayların başqa tələbləri isə aprel döyüşlərinə bənzər olayların təkrarlanmaması üçün ön xətdə nəzarət mexanizmi yaradılmasıyla bağlı idi. Bu sonuncunu havadarları da açıq şəkildə dəstəkləyirdilər və özü də təkidlə. Belədə indi dayandıqları mövqelərə de-fakto sərhəd statusu qazandıracaq bu addımı Azərbaycan təbii ki, rədd etməli idi və etdi də.
Ancaq irəli sürdüyü bütün bu tələblərin yerinə yetirlmədiyinə baxmayaraq forpostbaşı danışıqlar stolu arxasında əyləşdirilir, özü də havadarlarının təkidiylə. Niyə, ona görə ki, həmən havadarları nə qədər çalışılsa da, Dağlıq Qarabağın dondurulmuş konfliktə çevirilmədiyini görürlər. Və onu da görürlər ki, belə davam etsə, cəbhədə ötən ilin aprelindəkinə bənzər olayların baş vermə ehtimalı çox yüksək, himayə etdikləri Ermənistanın bu döyüşlərdən daha böyük itkiylə çıxması ehtimalı isə ondan da yüksəkdir". Sahib Alıyev  "Bloomberg" agentliyi ötən gün yaydığı bir araşdırma materialına da diqqət çəkib. Bildirib ki, sözügedən agentlik Dağlıq Qarabağı dünyadakı 5 ən qaynar nöqtədən biri , aprel döyüşlərini isə son 23 ilin ən güclü toqquşması kimi dəyərləndirib: "Bu, az öncə dediklərimizi təsdiqləyən daha bir faktdır ki, Dağlıq Qarabağı dondurlmuş konfliktə çevirə bilmədilər. Ona görə çevirə bilmədilər ki, Azərbycan torpaqlarının işğal altında saxlanmasına seyriçi qalmır, bunun üçün hazırda nəyi etmək mümkündürsə onu da edir.
"Bloomberg"in son 23 ilin ən güclü toqquşması adlandırdığı aprel döyüşləri də bu yöndə atılan addımlardan biri və bəlkə də ən effektlisi idi. 
Bu döyüşlərdən sonra irəli sürdükləri və bir çoxu havadarlarının da gizlin, yaxud da açıq dəstəklədikləri tələblər rədd edildiyi halda, Serj Sərkisyanın danışıqlar stolu arxasında əyləşdirilməsi fikrimcə, o deməkdir ki, Ermənistan apreldə hərbi baxımdan necə zərbə yemişdisə, bənzəriylə də diplomatik cəbhədə üzləşib".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31