Azərbaycan dünyada etibarlı tərəfdaş imici qazanıb

Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin müstəqilliyini möhkəmlətməklə yanaşı, onun beynılxalq nüfuzunun artmasına də səbəb olub. Ölkə prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş düşünülmüş siyasət Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş imicinin formalaşması ilə nəticələnib. Artıq ölkəmiz dünyanın ən imkişaf etmiş ölkələri, eləcə də beynəlxalq təşkilatları ilə bərabərhüququlu münasibət qurub, dünyanın 150-dən artıq ölkəsi ilə bu və ya digər sahədə əməkdaşlıq edir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın xarici əlaqələri çoxşaxəli olmaqla, siyasi, iqtisadi, hüquqi, humanitar, elm və təhsil, ticarət kimi sahələri əhatə edir. Təsadüfi deyil ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edib ki, Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır.

İlham Əliyev: "Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq"

Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin müstəqilliyini möhkəmlətməklə yanaşı, onun beynılxalq nüfuzunun artmasına də səbəb olub. Ölkə prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş düşünülmüş siyasət Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş imicinin formalaşması ilə nəticələnib. Artıq ölkəmiz dünyanın ən imkişaf etmiş ölkələri, eləcə də beynəlxalq təşkilatları ilə bərabərhüququlu münasibət qurub, dünyanın 150-dən artıq ölkəsi ilə bu və ya digər sahədə əməkdaşlıq edir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın xarici əlaqələri çoxşaxəli olmaqla, siyasi, iqtisadi, hüquqi, humanitar, elm və təhsil, ticarət kimi sahələri əhatə edir. Təsadüfi deyil ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edib ki, Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Prezident İlham Əliyev xarici siyasətimizin uğurlarından da danışıb. Dövlətimizin başçısı bu il beynəlxalq arenada mövqelərimizin daha da möhkəmləndiyini vurğulayıb. "Bizim xarici əlaqələrimiz çoxşaxəlidir. Biz bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurmuşuq, buna nail olmuşuq", - deyən Prezident qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Xarici siyasətimiz də açıqdır, müstəqildir və bu da dünya birliyi tərəfindən böyük rəğbətlə qarşılanır. Dövlətimizin başçısı vurğulayıb ki, xarici siyasətimiz milli maraqlarımızı təmin edir və beynəlxalq arenada Azərbaycan böyük hörmətə və çox müsbət reputasiyaya malik olan bir ölkədir". Xatırladaq ki, prezident İlham Əliyev cari il ərzində 14 xarici ölkəyə səfər edib, 10-dan artıq dövlət və hökumət başçısı Azərbaycanda olub. Məlumat üçün qeyd edək ki, ölkə başçısı bütün xarici səfərlərində, eləcə də görüşlərində Azərbaycanın dövlət və milli maraqlarını önə çəkir. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmış olur. Dəfələrlə şahidi olmuşuq ki, prezident İlham Əliyev beynəlxalq tribunalardan cəsarətlə Azərbaycanın dövlət maraqlarını müdafiə edib. Məlum olduğu kimi, ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunması ilə bağlıdır. Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlər, Azərbaycana gəlmiş dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə apardığı danışıqlarda bu məsələ daim diqqət mərkəzində olmuşdur. Dövlətimizin başçısının praqmatik, qətiyyətli və hücum xarakterli diplomatik kursu təcavüzkar Ermənistanın beynəlxalq aləmdə getdikcə daha çox təcrid olunmasına, bir sıra beynəlxalq iqtisadi layihələrdən kənarda qalmasına gətirib çıxarmışdır. Aparılan uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan bütün parametrlərinə görə bölgənin lider dövlətinə çevrilmişdir.
Prezident İlham Əliyev sözügedən müşavirədə həmçinin deyib: "Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. Ona görə 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız hesab edirəm ki, 9 ayın ən uğurlu nəticələrindən biridir". Sirr deyil ki, dövlət başısının uzaqgörən inkişaf strategiyası nəticəsində son illərdə Azərbaycan dayanıqlı və davamlı iqtisadi inkişafını daha da sürətləndirib, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Ölkə iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş, bir tərəfdən, respublikamızın geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini qarşıya mühüm vəzifə kimi qoyur. Məhz bi siyasətin nəticəsidir ki, dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə irihəcmli sərmayə yatırır, kreditlər ayırırlar. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən xarici investisiyanın çox hissəsi Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreyaya məxsusdur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrin icrasında türk şirkətləri daha fəal iştirak edirlər. Ölkəmizə qoyulan əsaslı investisiyalar, yerli şirkətlərin fəaliyyətinin genişlənməsi, sahibkarlığın inkişafına ayrılan vəsait, kredit, subsidiyaların artırılması xarici investorların fəaliyyətinə əlverişli şərait yaratmaqla güclü infrastruktur layihələrinin tətbiqini də genişləndirir. İqtisadiyyatın bir çox sahələrində olduğu kimi, xaricə investisiya ­qoyuluşu sahəsində də ölkəmiz uğurlar qazanıb. Azərbaycan şirkətlərinin xarici bazarlara çıxması dövlət siyasətinin əsasını təşkil edir. İqtisadi potensialımızın güclənməsi xarici dövlətlərə investisiya qoyuluşuna əlverişli şərait yaradır. Hazırda Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Moldova, Polşa kimi ölkələr Azərbaycan investisiyalarının potensial hədəfləri sırasında yer alır. Bu inkişaf və islahatlar turizm sektoruna marağı artıraraq yerli və əcnəbi sərmayəçilərin ölkəmizdə vəsait qoyuluşlarına səbəb olmuşdur. Ölkə rəhbərliyi və şəxsən Prezident İlham Əliyevin dəstəyindən yararlanan turizm sektoru, son bir neçə ildə olduqca vacib nailiyyətlər əldə etmiş, bu səviyyədə göstərilən qayğı turizm və əlaqədar infrastrukturun inkişafı, yeni müasir standartlar və qanunvericiliyin hazırlanması, ölkəmizin beynəlxalq proqramlarda iştirakı, dövlət və özəl sektorlarının əməkdaşlığı və sərmayəçilərin sərbəst fəaliyyətinə imkanlar yaratmışdır.

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31