Aprel qəhrəmanları hər bir azərbaycanlının qəlbində yaşayır
Azərbaycan tarixinə qızıl həriflərlə yazılmış Aprel qələbəsini bizlərə bəxş etmiş Vətən oğullarının əziz xatirəsi günümüzdə də ən yüksək ehtiram hissi ilə yad edilir. Azərbaycan Silahlı Qüvvələrinin dörd günlük uğurlu hərbi əməliyyatları nəticəsində işöaldan azad edilən bir neçə strateji əhəmiyyətli yüksəklikdə bu gün Azərbaycan bayrağının dalğalanması məhz həmin Vətən oğullarımızın misilsiz qəhrəmanlıqlarının göstəricisidir.
10 Oktyabr 2017 13:47 SosialAzərbaycan tarixinə qızıl həriflərlə yazılmış Aprel qələbəsini bizlərə bəxş etmiş Vətən oğullarının əziz xatirəsi günümüzdə də ən yüksək ehtiram hissi ilə yad edilir. Azərbaycan Silahlı Qüvvələrinin dörd günlük uğurlu hərbi əməliyyatları nəticəsində işöaldan azad edilən bir neçə strateji əhəmiyyətli yüksəklikdə bu gün Azərbaycan bayrağının dalğalanması məhz həmin Vətən oğullarımızın misilsiz qəhrəmanlıqlarının göstəricisidir. Ona görə də bu gün Ali Baş Komandandan tutmuş, sıravi vətəndaşa qədər hər bir kəs Aprel şəhidlərinin xatirəsini uca tutur, onlara yüksək ehtiramla yanaşır. Aprel şəhidlərinin əziz xatirəsi ayrı-ayrı bölgələrdə də müntəzəm olaraq anılır, Vətən oğullarının adları yaşadıqları rayon və kəndlərdə əbədiləşdirilir. Ümumiyyətlə, ötən ilin aprel döyüşlərində şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi respublikamızın bütün bölgələrində keçirilən anım mərasimləri ilə yad edilir. Belə tədbirlərdən biri Qəbələ Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub. İdarə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Tərtər rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Sahil Şirinovun xatirəsini ehtiramla anılıb. Mərasim şəhidin doğulub boya-başa çatdığı rayonun Bum qəsəbəsində təşkil olunub. Əvvəlcə şəhidin məzarı ziyarət edilib, onun məzarı önünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub. Anım mərasimində çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, gənclərimizin Vətən sevgisindən, əsgərlərimizin döyüşlərdə göstərdikləri şücaətdən, Silahlı Qüvvələrimizin gücündən, xalq-ordu birliyinin sarsılmazlığından söz açıblar. Mərasim iştirakçıları tərəfindən Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğu, şəhidlərimizin qanının yerdə qalmayacağı, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədikləri qeyd olunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirilib. Daha sonra ehsan mərasimi təşkil olunub. Mərasimdə iştirak edənlər şəhidin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verib, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Sahil Şirinovun xatirəsinin Qəbələlilərin qəlbində əbədi yaşayacağını bildiriblər
Qazaxda da aprel döyüşləri şəhidi Orxan Əliyevin xatirəsi anılıb. Anım mərasimi şəhidimizin doğulub boya-başa çatdığı Qazax rayonunun Aslanbəyli kəndində təşkil olunub. Əvvəlcə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov mərasimdə çıxış edərək aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan mühüm qələbənin əhəmiyyətindən danışıb. Bildirib ki, dörd günlük döyüşdə düşmən Ordumuzun hərbi qüdrəti qarşısında vahiməyə düşdü. İşğalçı ermənilər bir daha əmin oldular ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan əsgəri qələbə qazanmaq əzmindədir. Azərbaycan xalqı öz torpaqlarını heç vaxt güzəştə getməyəcək. Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrətini nəinki Ermənistana, bütün dünyaya bir daha nümayiş etdirdi. Dünya Azərbaycan Ordusunun bu döyüşlərdə yüksək peşəkarlıq, qəhrəmanlıq göstərdiyinin şahidi oldu. Aprel döyüşləri Ermənistan ordusunun "yenilməzliyi", "hərbi qüdrəti" haqqında düşmənin yaydığı mifə ciddi zərbə vurdu, erməni ictimaiyyətini kökündən sarsıtdı. Qarabağ qazisi Kamil Musavi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Mirzəyev, kənd ağsaqqalı Omar Mustafayev və başqaları çıxış edərək şəhid Orxan Əliyevin göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından söz açıblar. Çıxışlarda Azərbaycan Ordusunun qüdrətindən, gənclərimizin Vətən sevgisindən, əsgərlərimizin döyüşlərdə göstərdikləri şücaətdən, Silahlı Qüvvələrimizin gücündən, xalq-ordu birliyinin sarsılmazlığından danışılıb. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Orxan Əliyevin də əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Sonra məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər. Daha sonra şəhidin ata evində ehsan süfrəsi açılıb. Xatırladaq ki, Əliyev Orxan Məhəmməd oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub. Şəhərin mərkəzində şəhidin xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa edilib.
Ağdaş Rayon İcra Hakimiyyətinin, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin şəhidi Ömər Cəbrayılovun xatirəsi anılıb. İdarə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirak etdiyi mərasim şəhidin doğulub boya-başa çatdığı Şəkili kəndində təşkil olunub. Əvvəlcə şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Anım mərasimində çıxış edənlər aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbədən danışıblar. Bildirilib ki, dörd günlük döyüşdə düşmən ordumuzun hərbi qüdrəti qarşısında vahiməyə düşdü. İşğalçı ermənilər bir daha əmin oldular ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan əsgəri qələbə qazanmaq əzmindədir. Şəhidin ailə üzvləri, müharibə iştirakçıları çıxış edərək Ömər Cəbrayılovun göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından söz açıblar. Çıxışlarda Azərbaycan Ordusunun qüdrətindən, gənclərimizin Vətən sevgisindən, əsgərlərimizin döyüşlərdə göstərdikləri şücaətdən, Silahlı Qüvvələrimizin gücündən, xalq-ordu birliyinin sarsılmazlığından danışılıb. Qeyd edilib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Ömər Cəbrayılovun da əziz xatirəsi daim qəlblərdə yaşayacaq. Sonra ehsan süfrəsi açılıb. Qeyd edək ki, Ömər Cəbrayılov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif olunub. O, ötən ilin aprelində cəbhənin Füzuli rayonu istiqamətində düşmənin təxribatının qarşısını alarkən şəhid olub.
Zərdab Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə "Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir" devizi altında hərbi vətənpərvərlik tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə müasir mütəşəkkil ordumuzun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini hörmət və ehtiramla yad ediblər. Sonra Şəhidlərin Xatirə parkı, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun abidəsi, eləcə də aprel döyüşlərinin zərdablı şəhidi gizir Abdullazadə Nurlan Rasim oğlunun Böyük Dəkkə kəndindəki məzarı ziyarət olunub. Çıxışlarda bildirilib ki,
Qarabağ uğrunda döyüşlərdə neçə-neçə zərdablı gənc Vətən qarşısında öz övladlıq borcunu şərəflə yerinə yetirmiş, 130-dan çox həmyerlimiz şəhidlik zirvəsinə ucalmışdır. Bu gün bütün qoşun növlərində Zərdab rayonunun yetirmələrini görmək olar. İldən-ilə hərb peşəsini seçənlərin, taleyini zabitlik peşəsinə bağlayanların sayı çoxalır. Son 2-3 il ərzində 1000-ə yaxın zərdablı əsgərliyini başa vurduqdan sonra yenidən orduya qayıtmış və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Silahlı Qüvvələrdə xidmətlərini davam etdirməkdədirlər. Gənclərin ata və babalarımızın qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsi, orduya hazırlanması, onlarda vətənpərvərlik hisslərinin yüksəldilməsi rayon rəhbərliyinin fəaliyyətində prioritetdir. Məlum aprel döyüşlərində Zərdabdan olan onlarla əsgər və zabit də öz igidlikləri, şəxsi şücaət və rəşadətləri ilə həmyerlilərinə başucalığı gətiriblər.
Süleyman
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində çap olunur