Ata qızını süd içmədiyinə görə evdən qovdu, uşaq 1 həftədir tapılmır
Südünü içib bitirmədiyinə görə atasının evdən qovduğu 3 yaşlı qız 1 həftədir ki axtarışdadır. Hadisə Amerikanın Texas ştatının Riçardson şəhərində baş verib. 37 yaşlı Uesli Metyuz 3 yaşlı qızı Şerin Metyuzu sütünü içib bitirmədiyinə görə cəzalandırmaq məqsədi ilə çölə qoyub.
10 Oktyabr 2017 14:18 DünyaSüdünü içib bitirmədiyinə görə atasının evdən qovduğu 3 yaşlı qız 1 həftədir ki axtarışdadır. Hadisə Amerikanın Texas ştatının Riçardson şəhərində baş verib. 37 yaşlı Uesli Metyuz 3 yaşlı qızı Şerin Metyuzu sütünü içib bitirmədiyinə görə cəzalandırmaq məqsədi ilə çölə qoyub. 15 dəqiqə sonra qızını qoyduğu yerə gələn ata onu tapa bilməyib. O, təxminən 5 saat sonra narahat olaraq polislərə xəbər verib. Polislər hələ uşağı tapa bilməyiblər. Uşağını təhlükəyə atdığına görə Uesli Metyuz saxlanılıb. Milli.Az Britaniya mediasına istinadla xəbər verir.