“Ərdoğana qarşı ikinci çevriliş cəhdi olacaq” - Rusiyadan ŞOK AÇIQLAMA

“Qərbin Türkiyədə dövlət çevrilişi planı uğursuz oldu, lakin buna yenə cəhd edəcəklər. Ərdoğan da bunu çox yaxşı bilir”. Bu barədə rusiyalı hərbi ekspert İvan Konovalov deyib.  Rusiyalı ekspertin sözlərinə görə, Türkiyə İdlibə daxil olmaqla ən ağır əməliyyatı üzərinə götürdü.

"Qərbin Türkiyədə dövlət çevrilişi planı uğursuz oldu, lakin buna yenə cəhd edəcəklər. Ərdoğan da bunu çox yaxşı bilir". Bu barədə rusiyalı hərbi ekspert İvan Konovalov deyib.
 Rusiyalı ekspertin sözlərinə görə, Türkiyə İdlibə daxil olmaqla ən ağır əməliyyatı üzərinə götürdü.
"Qərb Ərdoğana qarşı yenə çevriliş cəhdi edəcək. Bu şübhəsizdir. Türkiyə ilə bağlı əsas hədəflərdən biri budur. İlk cəhd uğursuz oldu, lakin yenə cəhd edəcəklər. Qərb Ərdoğandan "qurtulmaq" üçün mütləq bunu etməyə çalışacaq. Ərdoğan Rusiya ilə Suriya məsələsində, İdlib kimi ən çətin məsələdə anlaşdı. Əgər Ərdoğanı devrilərləsə, onda bütün İdlib bölgəsi partlayar", - deyə o bildirib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31