Səbuhi Abbasov: “Aprel döyüşləri ermənilərin aqibətinin başlanğıcı idi” 

“25 ildən artıqdır ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin tutduğu mövqe heyrətamizdir. Sözün hər mənasında Prezident İlham Əliyev dünyaya səbr, əzm, sülh, demokratiya dərsi keçir. Hətta ən demokratik və inkişaf edən ölkə belə bu dözümlülüyü qəbul edə bilməz. Bu, mümkün deyil. Amma biz edirik. Səbəb isə beynəlxalq ictimaiyyətə hörmət, beynəxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəliklərdir. Yəni biz sübut etdik ki, biz bunu bacarırıq, siz isə yox”. Bunu  açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

"25 ildən artıqdır ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin tutduğu mövqe heyrətamizdir. Sözün hər mənasında Prezident İlham Əliyev dünyaya səbr, əzm, sülh, demokratiya dərsi keçir. Hətta ən demokratik və inkişaf edən ölkə belə bu dözümlülüyü qəbul edə bilməz. Bu, mümkün deyil. Amma biz edirik. Səbəb isə beynəlxalq ictimaiyyətə hörmət, beynəxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəliklərdir. Yəni biz sübut etdik ki, biz bunu bacarırıq, siz isə yox". Bunu  açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Sədrin sözlərinə görə, BMT kimi mötəbər supergücün 4 qətnaməsini Ermənistan kimi cırtdan dövlət icra etmirsə, biz hansı təsirdən, hansı etibardan danışa bilərik?: "Bu mənada ikili standartlar bəzən üçlü, dördlü standarta çevrilir. Bu isə dözülməzdir. Ermənistana görə bir çox beynəlxalq təşkilatlar nüfuzlarını itiriblər. Avropanın böyük ölkələrini təmsil edən siyasətçilər ermənilərin "kürü diplomatiyasının" qurbanına çevriliblər. Bu mənada dünənki iclasda Prezident İlham Əliyev nəticəsi bəlli olan siyasi mesajlar verdi. Aprel döyüşləri əslində ermənilərin aqibətinin başlanğıcı idi. Ali Baş Komandan, həm də növbəti dəfə STOP əmrinin verilməyəcəyini bəyan etdi. Bu tipli açıqlamalardan sonra Ermənistan ictimaiyyəti arasında ciddi təlaş yaranır". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31