Etüd müsabiqəsinin yekun sərgisi keçiriləcək
Oktyabrın 13 – də Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Vətənin Tərənnümü” etüd müsabiqənin yekun sərgisi keçiriləcək. Müsabiqənin keçirilməsində məqsəd cəmiyyətdə vətən sevgisi və vətənpərvərlik ruhunun inkişafına xidmət etməkdir. Müsabiqəyə əsasən rəssamlar təbiətin qoynunda olduqları zaman ərsəyə gətirdikləri əsərləri təqdim etmişlər. 150-dən çox etüdçü rəssamın, 350-yə yaxın rəsm əsərinin təqdim olunduğu müsabiqənin yekun sərgisi 46 rəssamın, 80-ə qədər işi ilə rəssamların və sənətsevərlərin ixtiyarına veriləcək.
10 Oktyabr 2017 11:31 MədəniyyətOktyabrın 13 - də Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Vətənin Tərənnümü" etüd müsabiqənin yekun sərgisi keçiriləcək. Müsabiqənin keçirilməsində məqsəd cəmiyyətdə vətən sevgisi və vətənpərvərlik ruhunun inkişafına xidmət etməkdir.
Müsabiqəyə əsasən rəssamlar təbiətin qoynunda olduqları zaman ərsəyə gətirdikləri əsərləri təqdim etmişlər.
150-dən çox etüdçü rəssamın, 350-yə yaxın rəsm əsərinin təqdim olunduğu müsabiqənin yekun sərgisi 46 rəssamın, 80-ə qədər işi ilə rəssamların və sənətsevərlərin ixtiyarına veriləcək.
Eyni zamanda, sərgidə karifey sənətkarlarımızın da etüdlərindən nümunələr nümayiş olunacaqdır. Sərgi davam etdiyi müddətdə etüd mövzusunda dəyirmi masa keçiriləcək. Bundan başqa, çox bal toplamış etüdçülərin bir qismi təbiətin qoyunda manqal keyfi ilə etüd çəkmə şansı qazanacaq.
Müsabiqədə I, II, III yerlər və həvəsləndirici mükafatlar olacaq. Müsabiqə iştirakçıları diplomla təltif olunacaq.