Çilidə 6,3 bal gücündə zəlzələ

Çilinin şimalında güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidməti yeraltı təkanların 6,3 bal gücündə olması barədə xəbər yayıb. Məlumata görə, zəlzələ yerli vaxtla saat 06.32-də Putre yaşayış məntəqəsindən 36 kilometr cənub-qərbdə baş verib.

Zəlzələnin episentrinin 82,4 kilometr dərinlikdə qeydə alındığı bildirilib. İnsan tələfatı və dağıntılar barədə hələ məlumat verilməyib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31