Nigeriyada YENİ VİRUS

Nigeriyada yeni virus aşkarlanıb. Olaylar bildirir ki,  Nigeriya Xəstəliklərlə  İdarə Mərkəzi rəsmiləri  ölkənin ən az 7 əyalətində "meymun çiçək virusu" – na  (monkeypox) rast gəlindiyini və 31 nəfərin virusa yoluxduğunu bildirib.

Nigeriyada yeni virus aşkarlanıb. Olaylar bildirir ki,  Nigeriya Xəstəliklərlə  İdarə Mərkəzi rəsmiləri  ölkənin ən az 7 əyalətində "meymun çiçək virusu" - na  (monkeypox) rast gəlindiyini və 31 nəfərin virusa yoluxduğunu bildirib.
Rəsmilər Bayelsa, Rivers, Ekiti, Akşa Ibom, Lagos, Ogun və Cross Rivers əyalətlərində də yayıldığını açıqlayıblar. Ölkədə indiyə qədər meymun çiçək virusuna yoluxanlar arasında ölüm hallarına rast gəlinməyib. Ölümcül xəstəliyə səbəb ola bilən virus Orta və Qərbi Afrikada tropik yağış meşələri yaxınlığındakı kəndlərdə geniş yayılıb.
Qeyd edək ki, heyvanlardan insanlara keçdiyi təxmin edilən meymun çiçək virusuna Nigeriyada ilk dəfə 1970-ci illərdə rast gəlinib. Virusa qarşı hələ ki, heç bir müalicə üsulu və ya peyvənd təsbit edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31