Cəzaçəkmə müəssisəsinin rəisi rüşvətə görə həbs olundu - Ermənistanda
Ermənistanın "Vanadzor" cəzaçəkmə müəssisəsinin rəisi Gevorq Mkrtçyan həbs olunub. Bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. G.Mkrtçyan məhbuslardan rüşvət almaqda ittiham olunur.
10 Oktyabr 2017 11:47 DünyaErmənistanın "Vanadzor" cəzaçəkmə müəssisəsinin rəisi Gevorq Mkrtçyan həbs olunub. Bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. G.Mkrtçyan məhbuslardan rüşvət almaqda ittiham olunur. Məlumata görə, o, xidməti vəzifəsindən sui-istifadə edərək, məhbuslardan davamlı olaraq rüşvət alırmış. G.Mkrtçyanla yanaşı, müəssisənin əməliyyat üzrə rəisi, habelə əməliyyat zamanı rüşvət verən şəxs də saxlanılıb. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31