Gündəm
Ermənistan üçün yeni imkanlar yaradılır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ermənilərin bu vaxta qədər apardıqları məkirli siyasət fiaskoya uğrayıb. Daha doğrusu, ölkəmizin həyata keçirdiyi hücum diplomatiyası, beynəlxalq ictimaiyyətdə aparılan izahat işləri, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlər öz səmərəsini verdi. Nəticədə beyəlxalq ictimaiyyətə bəlli oldu ki, ermənilərin indiyə qədər Dağlıq Qarabağla bağlı yürütdükləri siyasət sabun köpüyündan başqa bir şey deyil. Düzdür, əslində dünya ölkələri əsil həqiqətin nədən ibarət olduğunu çox yaxşı bilirdilər, təəssüf ki, Cənubi Qafqazda öz maraqlarını güdən həmin dövlətlər yalnız və yalnız istəklərinin təmin olunmasına çalışırdılar.
Diqqətlər Cenevrəyə yönəlib
Artıq Azərbaycan və Ermənistan prezidentlərinin görüşü dəqiqləşib. Kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, İlham Əliyev və Serj Sərkisyan oktyabrın 16-da (dünən) Cenevrədə bir araya gələcəklər. Uzun müddətdən bəri reaallaşmayan görüşün Dağlıq Qarabağ probleminin həllində mühüm rol oynayacağını deyənlər də var, Cenevrə görüşünün əvvəlki görüşlərdən heç nə ilə fərqlənməyəcəyini söyləyənlər də. Bəs görəsən, bu barədə ekspertlər nə düşünür?
Elçin Babayev: “Maqnit qasırğaları ilə bağlı 3 gündən artıq verilən proqnozlar özünü doğrultmur"
Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası akademiyanın Coğrafiya İnstitutunun maqnit qasırğaları ilə bağlı açıqlama verməsini düzgün hesab etməyib. Rəsədxananın direktor müavini Elçin Babayev deyib ki, Coğrafiya İnstitutunun belə işlərə qarışması tamamilə yersizdir. Çünki bu, sırf astrofiziki prosesdir: "Ümumiyyətlə, 3 gündən artıq verilən proqnozlar çox çətinliklə özünü doğruldur. Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşıdır".
Millət vəkili: "Bu Azərbaycan-Türkiyə münasibətlərinə ciddi xələl gətirəcək"
“25 ildir 1 milyondan artıq insanın yaşadıqlarını heçə sayıb, hələ də dünyaya yalan püskürən bir millətin tərəfini saxlamaq… Ayıbdır. Bu nə deməkdir? İllərdir Azərbaycan özünün ən ağır dərdi olan Qarabağla, işğal altında olan digər ərazilərlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün çalışır. Belə bir şəraitdə "qardaş" dediyimiz şəxslərin işğalçı rejimə dəstək durmaları, onların lehinə açıqlamlar, müsahibələr vermələri faciədir. Bəzi türkiyəli millət vəkilləri Avropa Şurasında əleyhimizə səs verirlər, özlərini "aydın" adlandıran bəzi Türkiyə vətəndaşları işğal altında olan torpaqlarımıza qanunsuz səfər edirlər... Heç çıxıb izah edən, açıqlama verən də yoxdur ki, bilək, görək nə məsələdir. Bu qədər biganəlik olmaz”.
"WikiLeaks” Rusiya kəşfiyyatına işləyir - Klintondan qalmaqallı çıxış
ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə keçmiş namizəd Hillari Klinton hesab edir ki, “WikiLeaks” saytı Birləşmiş Ştatlarda keçirilən seçkilərə mane olmaq üçün Rusiya hökuməti ilə fəaliyyətini koordinasiya edib.
Bakıda 6 otaqlı ev maşınla birgə yanıb
Bakıda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 150 m² olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və həyətində olan “Qaz” markalı minik avtomobilinin yanar hissələri yanmışdır.Yaxınlıqdaki evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Mehriban Xanlarova “Maşın” şounu tərk etmədən TAMAŞAYA ÇIXDI - AÇIQLAMA
Əməkdar artist Mehriban Xanlarova “Maşın” şouda iştirakı davam etməsinə baxmayaraq dünən tamaşada çıxış edib. Əlif Cahangirlinin müəllifi olduğu tamaşada M.Xanlarovanın albalı obrazını canlandırması birmənalı qarşılanmayıb. Belə ki, insanlar onun səhnəyə çıxmasının “Maşın” realiti şousunun qaydalarına zidd olduğunu bildirib.
Prosineçki: "Bosniya və Herseqovina ilə danışıqlara hazıram"
Mən də sizin qədər məlumatlıyam. Xəbərləri mediadan izləyirəm. Eşitmişəm ki, Sloveniya və Avstriya da mənimlə maraqlanırlar. Amma Bosniya və Herseqovinadan heç kim mənimlə əlaqə saxlamayıb.
Frankfurtda “Azərbaycan Odlar Yurdu” adlı tədbir keçirilib
Frankfurt şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə milli pavilyonda “Azərbaycan Odlar Yurdu” adlı tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Azərbaycan diasporunun üzvləri, Almaniya ictimaiyyətinin nümayəndələri və Almaniyadakı azərbaycanlı tələbələr iştirak ediblər.
Yeni araşdırma mərkəzi yaradıldı
Azərbaycanda yeni beyin mərkəzi fəaliyyətə başlayıb. “OLAYLAR”-a daxil olan məlumata görə, Çağdaş Strateji Araşdırma Məkəzi adlanan təşkilatın rəhbəri siyasi şərhçi Seymur Süleymanovdur. Rəhbərin sözlərinə görə, yeni yaradılan mərkəzin əsas məqsədi dinamik inkşafda olan Azərbaycanda xarici siyasətin və təhlükəsizlik siyasətinin daha yüksək səviyyədə araşdırılması, demokratiyanın və insan hüquqları sahəsinin, bölgəmizdə və dünyada gedən siyasi, iqtisadi, hərbi və s. proseslərin daha yaxından öyrənilməsi və analizi, müxtəlif sahələr üzrə proqnozların, təhlillərin ictimaiyyətə aydın şəkildə çatdırılmasıdır: “ÇSAM eyni zamanda Azərbaycanda humanitar sahələr üzrə tədqiqatçılığın gücləndirilməsinə töhfə verməyi, bu məqsədlə qeyd olunan sahədə təcrübəyə malik olan gənclər üçün xüsusi proqramlar həyata keçirməyi də məqsəd kimi müəyyənləşdirmişdir”.
ABŞ konqresindən yeni qərar: Ukraynaya ÖLÜMCÜL SİLAH veriləcək
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Uill Xörd bildirib ki, Ukraynaya ölümcül silahın verilməsi haqqında qərar yaxın vaxtlarda qəbul ediləcək. “Mən hesab edirəm, daşınabilən tank əleyhinə raket kompleksləri "Cavelin" Ukraynaya Rusiya təcavüzündən müdafiənin təminatı üçün lazımdır", - deyə "Qromadske" nəşrinə müsahibəsində Xörd bildirib.
Təhsildə keyfiyyət məsələləri müzakirə olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Məktəb seminarları”nın növbəti sessiyaları Səbail, Xəzər və Pirallahı rayonlarının ümumi təhsil məktəbləri üzrə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri iştirak ediblər. Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, məktəblərdə Fəaliyyət Planı üzrə işin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, məktəblilərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, məktəbəhazırlıq qruplarının uşaqların inkişafına təsiri, müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti və digər müvafiq məsələlərə toxunub.
İrlandiyada qasırğa: məktəblər və dövlət idarələri bağlandı
Hazırda Britaniyada güclü qasırğa müşahidə olunur. 1987-ci ildən sonra Britaniyada ilk dəfə belə hava şəraiti olub. Ofeliya qasırğası İngiltərədə və İrlandiyada küləyin sürətini saatda 80 mil-ə çatdırıb.
Günel nişanlısından ayrılıb? - Müğənnidən açıqlama
Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalovanın bacısı Müşərrəfin İstanbuldakı gözəllik salonunun açılış mərasiminə qatılıb. Günel gecədə media nümayəndələrinin suallarını cavablandırıb.
Müəllim işdən çıxarıldığına görə məktəbi məhkəməyə verdi və qalib gəldi
Azərbaycanda müəllim işdən çıxarıldığına görə orta məktəbi məhkəməyə verib. Oğuz rayon Calud kənd orta məktəbindəki müəllim vəzifəsindən çıxarılan Cavan Yunusov işə bərpa edilmək üçün Oğuz Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə araşdırması nəticəsində onun əsassız olaraq işdən çıxarıldığı məlum olub. Nəticədə Məhkəmə C.Yunusovun iddiasını təmin edib.














