Prosineçki: "Bosniya və Herseqovina ilə danışıqlara hazıram"

Mən də sizin qədər məlumatlıyam. Xəbərləri mediadan izləyirəm. Eşitmişəm ki, Sloveniya və Avstriya da mənimlə maraqlanırlar. Amma Bosniya və Herseqovinadan heç kim mənimlə əlaqə saxlamayıb.

Mən də sizin qədər məlumatlıyam. Xəbərləri mediadan izləyirəm. Eşitmişəm ki, Sloveniya və Avstriya da mənimlə maraqlanırlar. Amma Bosniya və Herseqovinadan heç kim mənimlə əlaqə saxlamayıb.

Bu sözləri millimizin  baş məşqçisi Robert Prosineçki"Slobodno Bosna"ya açıqlamasında deyib. Xorvatiyalı mütəxəssis  bildirib ki, Bosniya və Herseqovina Futbol İttifaqı ilə danışıqlara başlamağa hazırdır: "Bir neçə gündən sonra Azərbaycanda olacağam. Yerli futbol assosiasiyası ilə məsələni həll etməliyəm. Bundan sonra BHFİ ilə danışıqlara hazıram. Bu işlə ciddi məşğul olacağam".

Qeyd edək ki, Robert Prosineçkinin AFFA ilə müqaviləsi dekabrın 6-da başa çatacaq. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31