Ermənistan üçün yeni imkanlar yaradılır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ermənilərin bu vaxta qədər apardıqları məkirli siyasət fiaskoya uğrayıb. Daha doğrusu, ölkəmizin həyata keçirdiyi hücum diplomatiyası, beynəlxalq ictimaiyyətdə aparılan izahat işləri, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlər öz səmərəsini verdi. Nəticədə beyəlxalq ictimaiyyətə bəlli oldu ki, ermənilərin indiyə qədər Dağlıq Qarabağla bağlı yürütdükləri siyasət sabun köpüyündan başqa bir şey deyil. Düzdür, əslində dünya ölkələri əsil həqiqətin nədən ibarət olduğunu çox yaxşı bilirdilər, təəssüf ki, Cənubi Qafqazda öz maraqlarını güdən həmin dövlətlər yalnız və yalnız istəklərinin təmin olunmasına çalışırdılar.
16 Oktyabr 2017 13:26 SiyasətABŞ Helsinki Komissiyasının dinləmələri nəyə hesablanıb?
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ermənilərin bu vaxta qədər apardıqları məkirli siyasət fiaskoya uğrayıb. Daha doğrusu, ölkəmizin həyata keçirdiyi hücum diplomatiyası, beynəlxalq ictimaiyyətdə aparılan izahat işləri, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlər öz səmərəsini verdi. Nəticədə beyəlxalq ictimaiyyətə bəlli oldu ki, ermənilərin indiyə qədər Dağlıq Qarabağla bağlı yürütdükləri siyasət sabun köpüyündan başqa bir şey deyil. Düzdür, əslində dünya ölkələri əsil həqiqətin nədən ibarət olduğunu çox yaxşı bilirdilər, təəssüf ki, Cənubi Qafqazda öz maraqlarını güdən həmin dövlətlər yalnız və yalnız istəklərinin təmin olunmasına çalışırdılar. Ermənistanın dalana dirəndiyini görən dünyanın güc mərkəzləri artıq işğalçı ölkə üçün yeni imkanların əldə edilməsindən ötrü dəridən, qabığdan çıxmaqdadırlar. Bu dəfə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrində olan ABŞ irəli düşüb. Belə ki, ABŞ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələrə hazırlaşır. Nə qədər qəribə olsa da dinləmələrdə Minsk Qrupunun keçmiş həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər. Məlumat üçün qeyd edək ki, Komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər.
Bu zaman belə bur sual yaranır: Azərbaycan 25 ildən artıqdır dünya ictimaiyyətinə car çəkir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi nəinki region, eləsə də dünya ölkələri üçün təhdiddir. Sözgedən münaqişənin mövcudluğu bölgədə sabitliyin pozulmasına səbəb ola bilər. Çox təəssüf ki, bu məsələyə nə region ölkələri, nə də dünyanın aparıcı güc mərkəzləri ciddi yanaşmayıblar. Görünür artıq dünyada baş qaldırmış separatizm meyilləri bir çox ölkələri narahat etməyə başlayıb. Lakin acınacaqlı hal ondan ibarətdir ki, dövlətlər bu məsələdən də öz maraqları üçün istifadə etmək cəhdində bulunurlar. Münqişənin həllinə təkan vermək əvəzinə, ikili standartlarını davam etdirirlər. Qətiyyətlə demək olar ki, Helsinki Komissiyasının Dağlıq Qarabağla bağlı dinləmələri Ermənistana yeni yardım imkanlarının yaradılması məqsədi güdür. Fikir verin, Helsinki komissiyası ATƏT ölkələrində Helsinki Yekun Aktına və başqa öhdəliklərə əməl olunmasının monitorinqi və təbliği məqsədilə yaradıldığını bəyan edir. Lakin 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış yekun aktının 10 əsas prinsipinin 8-i (suveren bərabərlik, zor işlətməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisənin dinc yolla həll olunması; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlara hörmət; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi) Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməmişdir. Azərbaycan isə heç bir ölkəyə qarşı zor işlətmir, heç kimin daxili işinə qarışmır, dövlətlərin ərazi bütövlüyünün beynəlxalq hüquq çərçivəsində həllinin vacibliyini bəyan edir, mübahisənin dinc yolla həllinin tərəfdar olduğunu qeyd edir, lakin yenə də öhdəliklərlə bağlı sorğu-suala çəkilir. Əcaba, belə bir halda Helsinki Komissiyasının dinləmələri ölkəmizə qarşı açıq-aşkar təzyiq vasitəsi deyilmi?
Birmənalı şəkildə qeyd etmək olar ki, baş verənlərdə yenə də erməni "əli", erməni izi öz sözünü deyir. Daha doğrusu, əli erməli lobbisinin cibində olan "siyasətçilər" deyəsən sözün həqiqi mənasında "iqtisadi böhran" keçirilər. Xatırladaq ki, ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kristofer Smit vaxtilə Demokratlar Partiyasının üzvü, sonra Respublikaçılar Partiyasının üzvü olub, indi də ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biridir. K. Smit Azərbaycana qarşı "907-ci düzəliş"in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxsdir. Sözü gedən 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilmiş və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlamışdır. K.Smit ABŞ-ın "erməni soyqırımı"nı tanımasının ən aktiv tərəfdarlarındadır. ABŞ erməni milli komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyan "Twitter" səhifəsində konqresmen K. Smitin ANKA sədri ilə görüşü əks olunub. Alt yazısında isə A. Hamparyan qeyd edirdi ki, "erməni işi"ni dəstəkləmək üçün Smit ilə görüşür. K. Smit 2015-ci ildə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı "Azərbaycan Demokratiya aktı" adlı layihəni konqresə təqdim edərək qəbul olunmasını istəmişdi. Odur ki, ABŞ Helsinki Komissiyasının və onun rəhbərinin indiyə qədərki fəaliyyətini nəzərə alan Azərbaycan tərəfi növbəti dinləmələrdən də heç bir pozitiv nəticə gözləmir. Görünür, K. Smit və təmsil etdiyi erməni lobbisi dinləmələr keçirməklə Ermənistanı "müdafiəyə ehtiyacı olan tərəf" kimi tanıtmaq və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yadımı artırmağa çağırmaq məqsədi güdür. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, Helsinki Komissiyası Azərbaycanın maraqlarını nəzərə almayaraq Ermənistanın mənafeyini güdürsə, deməli, avtomatik olaraq Helsinki Yekun Aktının ən azından sadalanan 8 prinsipinə qarşı çıxmış olur. Bu isə beynəlxalq hüquq normalarını ayaq altına atmaq, bu kimi sənədlərdən yalnız maddi maraqlar naminə istifadə etmək anlamına gəlir. Xatırladaq ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri vəzifəsinin icrasına başlayar-başlamaz Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert bəyənatla çıxış etmişdi ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn, o cümlədən Helsinki Yekun Aktının norma və prinsipləri əsasında ədalətli həllini dəstəkləyir. Elə isə harada qaldı "demokratik" dövlətin ədalətli mövqeyi?
Alim