Gündəm

Keçmiş məhbusların mübahisəsi ölümlə nəticələndi

16 Oktyabr 2017 13:49

Daxili İşlər Nazirliyi Bakıda törədilən qətllə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 15-də Xətai rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

"Qadının kişi kimi rəqs etməsi onu kobud göstərir” - Qadınlar rəsmi qəzetdə tənqid edildi

16 Oktyabr 2017 13:46

Rəsmi "Azərbaycan” qəzetinin "Oxucu məktubları” bölməsində Bakı şəhər sakini Səbinə İsmayılovanın maraqlı yazısı dərc olunub. "Qadının kişi kimi rəqs etməsi onu kobud göstərir” başlıqlı yazıda el şənliklərində milli adət-ənənələri pozaraq rəqs edən qadınlar tənqid olunub. Həmin yazını təqdim edirik: Rəqs incəsənətin bir növüdür. Musiqi kimi rəqslərin də janrı, mövzusu, "dili-üslubu” var.

Cinayət yolu ilə əldə edilən pula sahib çıxanlar sərt cəzalanacaqlar

16 Oktyabr 2017 13:44

Prezidentin təklifi ilə Cinayət Məcəlləsinin 194-cü (Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə) maddəsinin 1-ci bəndinə əlavə edilməsi nəzərdə tutulur. “Olaylar” xəbər verir ki, layihəyə əsasən qabaqcadan vəd etmədən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə əməlinə 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası da tətbiq olunacaq.

Somali paytaxtı qan gölünə çevrildi — Ölü sayı 280-i keçdi

16 Oktyabr 2017 13:41

Somali tarixinin ən qanlı terror hücumuna məruz qalıb.  Moqadişuda bomba yüklü maşının partlaması nəticəsində şəhər cəhənnəmə çevrilib. Hücum nəticəsində ölənlərin meyitləri tanınmaz hala düşüb. Ölənlərin sayı 280-i ötüb. 300 yaralı isə xəstəxanalara yerləşdirilib.

Diaspor rəhbəri Rusiya rəsmilərinə müraciət etdi

16 Oktyabr 2017 13:39

Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev Rusiya Federasiyasının bir sıra rəsmi şəxslərinə müraciət edib. Assambleyadan “OLAYLAR”-a bildirilib ki, cari il avqust ayının 20-də əslən azərbaycanlı, Rusiya Federasiyası vətəndaşı Anar Allahverənov ilə Andrey Dryaçov arasında sırf məişət xarakterli münaqişə nəticəsində ikincinin vəfat etməsindən təəssüff hissi keçirilməklə yanaşı, bildirilib ki, bu hadisə Rusiyada yaşayanlarla yanaşı biz azərbaycanlıları da üzüb: “Gənc, istdadlı, perespektivli idmançının vəfatı arzu olunmaz, bir hadisədir.

Diaspor təşkilatında dünya çempionu ilə görüş keçirilib  

16 Oktyabr 2017 13:39

Londonda keçirilən XVI Dünya Atletika Çempionatının qalibi olmuş azərbaycanlı Ramil Quliyevlə İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyində (İS-TAD) görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, Ramil Quliyev qazandığı uğurların bütün Türk dünyasının və üzvü olduğu “Fənərbaxça” İdman Klubunun nailiyyəti olduğunu vurğulayıb.

Hərbi qulluqçuların Gəncəyə səfəri təşkil edilib

16 Oktyabr 2017 13:38

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə bir qrup hərbi qulluqçunun Gəncə şəhərinin tarixi yerlərinə ekskursiyası təşkil edilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, əsgərlər Gəncə Qala Qapılarını, Gəncə İmamzadə Dini Memarlıq Abidə Kompleksini, dünya şöhrətli şairimiz Nizami Gəncəvinin məqbərəsi və mütəfəkkirin muzeyini, eləcə də Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev muzeyini ziyarət ediblər.

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri görüşəcək

16 Oktyabr 2017 13:36

Tbilisi şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək. Oktyabrın 17-də keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Tbilisi şəhərinə yola düşüb. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı nazirliyin mətbuat xidməti yayıb.

Keçən ay dövlət büdcəsinə 117 milyon 330 min manat vəsait ödənilib

16 Oktyabr 2017 13:35

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin sentyabr ayında dövlət büdcəsinə 117 milyon 330 min manat vəsait ödənilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 165 milyon 678 min manat vəsait ödənilib.

Sian Universitetinin nümayəndə heyəti Konfutsi İnstitutunda

16 Oktyabr 2017 13:34

Çinin Sian İqtisadiyyat və Maliyyə Universitetinin prorektoru, professor Li Jiaojuinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda olub. Olaylar bildirir ki, ADU-nun Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov qonaqlara Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafının istiqamətləri barədə məlumat verərək qeyd edib ki, Azərbaycan Respublikası özünün coğrafi mövqeyi və zəngin ehtiyatları ilə “İpək Yolu iqtisadi qurşağı” layihəsinin həyata keçirilməsində mühüm bir ölkədir. O, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfərini xatırladaraq onun qədim İpək Yolu üzərində yerləşən Sian şəhərinə səfər etdiyini, “Şansi” avtomobil şirkətinin texnoparkı ilə tanış olduğunu vurğulayıb.

Elmin İnkişafı Fondu müsabiqə nəticələrini açıqladı

16 Oktyabr 2017 13:34

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə olaraq keçirilmiş “2016-cı İlin Alimi” və “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçirilib.

Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyində vacib rol oynayacaq

16 Oktyabr 2017 13:31

Ötən həftə Azərbaycanın xarici siyasət tarixində yadda qalan hadisələrdən biri də Bolqarıstan prezidenti Rumen Radevin Azərbaycana səfəri oldu. Səfər zamanı azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparan Rumen Radev Bakı səfərindən məmnun olduğunu, iki ölkə arasında əlaqələrdə yeni bir mərhələnin başladığını vurğuladı. Təsadüfi deyil ki, əksər ekspertlər, analitiklər də belə düşünür. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki,   Bolqarıstan prezidenti Rumen Radev oktyabrın 13-də Azərbaycana səfər edib.

Nəsiminin yeni əlyazmalarının surəti aşkarlandı

16 Oktyabr 2017 13:32

AMEA Məhəmməd Füzuli adına Əlyamalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının iki nüsxəsinin surətini əldə edib. Olaylar bildirir ki, 83 vərəqdən ibarət birinci divan aydın nəsx xətti ilə köçürülüb. 308 vərəqdən ibarət olan ikinci divan da səliqəli xətlə yazılıb. Bu divan Nəsiminin əlyazma divanları içərisində ən irihəcmlilərdəndir.

Türkiyə Azərbaycana qarşı niyə həssas deyil?

16 Oktyabr 2017 13:29

Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq, iki dost-qardaş ölkə arasında dərin ziddiyət yaratmağa çalışan erməni lobbisi bir müddət əvvəl daha bir məkirli planını həyata keçirdi. Belə ki, qardaş ölkədən bir neçə siyasətçi və yazarın erməni işğalı altında olan Dağlıq Qarabağa səfərini təşkil edərək guya Türkiyənin siyasiləri tərəfindən də separatçı rejimin tanındığı görüntüsünü yaratmağa çalışdılar. Və təbii olaraq türkiyəli siyasi və yazarların separatçı rejimə səfərləri Azərbaycan cəmiyyətində haqlı narazılığa və ciddi etiraza səbəb oldu. Rəsmi Ankaraya məlumdur ki, vətəndaşlarının Azərbaycanın icazəsi olmadan erməni işğalı altında olan Dağlıq Qarabağa səfər etmələri cinayətdir və bu cinayətə qarşı müvafiq addım atılmalıdır. Millət vəkili Vüsal Hüseynov da belə düşünür. 

Erməni lobbisinin Moskvadan istəyi odur ki,…

16 Oktyabr 2017 13:28

Rusiya Ermənistanı silahlandırmağın növbəti mərhələsinə start verib. Xəbərlərdən də aydın olduğu kimi həftə sonu Moskva işğalçı ölkəyə yenidən hərbi yardım məqsədilə nəzərdə tutduğu krediyin bir hissəsini ayırıb. İlkin olaraq 100 milyon dollarlıq kredit paketi, ümumilikdə texnika, silah-sursat almaq üçün planlaşdırılır. Təbii ki, Moskavın atmış olduğu bu addım Bakıda ciddi narahatçılıq doğurub. Xüsusilə, Rusiyanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində belə bir addım atması Kremlin danışıqlar prosesinə əngəl olması kimi dəyərləndirilir. Bildirilir ki, növbəti hərbi yardım Ermənistanı yenidən təhdid, aqressiyaya sövq edə bilər. Bəs görəsən bu barədə ekspretlər nə düşünür? Bu və ya digər məsələlərlə bağlı siyasi şərhçi Seymur Süleymanova müraciət etdik.