Türkiyə Azərbaycana qarşı niyə həssas deyil?
Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq, iki dost-qardaş ölkə arasında dərin ziddiyət yaratmağa çalışan erməni lobbisi bir müddət əvvəl daha bir məkirli planını həyata keçirdi. Belə ki, qardaş ölkədən bir neçə siyasətçi və yazarın erməni işğalı altında olan Dağlıq Qarabağa səfərini təşkil edərək guya Türkiyənin siyasiləri tərəfindən də separatçı rejimin tanındığı görüntüsünü yaratmağa çalışdılar. Və təbii olaraq türkiyəli siyasi və yazarların separatçı rejimə səfərləri Azərbaycan cəmiyyətində haqlı narazılığa və ciddi etiraza səbəb oldu. Rəsmi Ankaraya məlumdur ki, vətəndaşlarının Azərbaycanın icazəsi olmadan erməni işğalı altında olan Dağlıq Qarabağa səfər etmələri cinayətdir və bu cinayətə qarşı müvafiq addım atılmalıdır. Millət vəkili Vüsal Hüseynov da belə düşünür.
16 Oktyabr 2017 13:29 SiyasətFETÖ mövzusu Türkiyə üçün nə qədər həssasdırsa, Qarabağa səfər edən türk vətəndaşları Azərbaycan üçün bir o qədər həssasdır
Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq, iki dost-qardaş ölkə arasında dərin ziddiyət yaratmağa çalışan erməni lobbisi bir müddət əvvəl daha bir məkirli planını həyata keçirdi. Belə ki, qardaş ölkədən bir neçə siyasətçi və yazarın erməni işğalı altında olan Dağlıq Qarabağa səfərini təşkil edərək guya Türkiyənin siyasiləri tərəfindən də separatçı rejimin tanındığı görüntüsünü yaratmağa çalışdılar. Və təbii olaraq türkiyəli siyasi və yazarların separatçı rejimə səfərləri Azərbaycan cəmiyyətində haqlı narazılığa və ciddi etiraza səbəb oldu. Rəsmi Ankaraya məlumdur ki, vətəndaşlarının Azərbaycanın icazəsi olmadan erməni işğalı altında olan Dağlıq Qarabağa səfər etmələri cinayətdir və bu cinayətə qarşı müvafiq addım atılmalıdır. Millət vəkili Vüsal Hüseynov da belə düşünür. O, bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə cinayət hesab edilir və müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulur. Onun sözlərinə görə, qanunun bu maddəsi yalnız siyasi sığınacaq hüququndan istifadə etmək məqsədi ilə dövlət sərhədini keçmə qaydalarını pozmaqla ölkəmizə gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərə əgər onun hərəkətlərində başqa cinayət tərkibi yoxdursa, şamil edilmir: "Qalan bütün hallarda kimliyindən və vətəndaşlığını daşıdığı ölkədən asılı olmayaraq hər bir şəxs bu halda cinayət məsuliyyətinə cəlb edilir". Millət vəkili deyib ki, Türkiyə vətəndaşları da Azərbaycanın müvafiq orqanının razılığı və sənədləri olmadan ölkəmizin ərazisinə dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Qanunun tələblərini pozub: "Bu səbəbdən müvafiq olaraq barələrində Prokurorluq orqanları tərəfindən qeyd edilən maddə ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. Həmçinin, həmin şəxslərin istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət olunub". Vüsal Hüseynov hesab edir ki,
həmin şəxslərin gələcəkdə Azərbaycana verilməsi ilə bağlı məsələdə isə bir sıra hüquqi prosedurlar və qanunların tələblərinə diqqət yetirilməlidir: "Türkiyə Respublikası Konstitusiyasının 38-ci maddəsinin son hissəsinə görə, Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüklə bağlı öhdəliklər istisna olmaqla, Türkiyə vətəndaşı törətdiyi cinayətə görə xarici dövlətə verilə bilməz. Qeyd edilməlidir ki, bizim də Konstitusiyamızın 53-cü və Cinayət Məcəlləmizin 13-cü maddələrinə əsasən xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları heç bir halda xarici dövlətə verilə bilməz. Türkiyə qanunvericiliyinə əsasən cinayət törətmiş şəxslərin verilməsi üçün şərt şəxsin törətdiyi əməlin hər iki dövlətin qanunvericiliyi tərəfindən cinayət hesab olunmasıdır. Həmçinin Türkiyə qanunvericiliyinə əsasən xarici ölkənin dövlət sərhəddini qanunsuz olaraq keçmək üçün cinayət məsuliyyəti müəyyən edilmir. Lakin bu hal bu şəxslərin hüquqi məsuliyyətdən kənar qalacaqlarını şərtəndirmir. Türkiyədə həmin şəxslər barəsində mənəvi zərərə görə kompensasiya tələbi də daxil olmaqla, digər məsuliyyət tədbirləri görülə bilər. Hər bir halda bütün məqamlar Türkiyə məhkəmələri və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən digər orqanlar tərəfindən diqqətə alınacaqdır. Ekstradisiya (cinayət törərmiş, məhkum edilmiş şəxsin digər dövlətə verilməsi) sahəsində digər mühüm sənəd Avropa Şurasının "Ekstradisiya haqqında" Konvensiyasıdır. Türkiyə və Azərbaycan bu Konvensiyaya tərəfdirlər, lakin bu Konvensiyaya görə üzv dövlətlərdən birinin digər tərəfə öz vətəndaşını verməmək hüquqi vardır. Həmçinin bu Konvensiyanın 2-ci maddəsinə görə də, bir şəxsin verilməsi üçün əsas törədilmiş əməlin həm sorğu edən, həm də sorğu edilən tərəfin qanunvericiliyi ilə cinayət sayılmasıdır". Millət vəkilinin sözlərinə görə, ümumi prinsiplərdən baxdıqda bu prosesin hüquqi olaraq həyata keçirilməsində olan məhdudiyyətlər görünür: "Həmçinin, bir şəxsin başqa dövlətə verilməsinin məqsədi həmin şəxsin cəzasını vətəndaşı olduğu ölkədə çəkməsidir. Bu halda isə onların verilməsi bu prinsipə əks təşkil edir. Həmin şəxslər üçüncü dövlətdə olduğu halda Azərbaycana ekstradisiya oluna bilərlər. Lakin bu halda da ekstradisiya məsələsinə baxılarkən Türkiyənin rəyi alınmalıdır. Türkiyənin müvafiq dövlət qurumları artıq bu səfərlə bağlı bəyanatlar veriblər".
Məhəmməd