Diaspor rəhbəri Rusiya rəsmilərinə müraciət etdi
Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev Rusiya Federasiyasının bir sıra rəsmi şəxslərinə müraciət edib. Assambleyadan “OLAYLAR”-a bildirilib ki, cari il avqust ayının 20-də əslən azərbaycanlı, Rusiya Federasiyası vətəndaşı Anar Allahverənov ilə Andrey Dryaçov arasında sırf məişət xarakterli münaqişə nəticəsində ikincinin vəfat etməsindən təəssüff hissi keçirilməklə yanaşı, bildirilib ki, bu hadisə Rusiyada yaşayanlarla yanaşı biz azərbaycanlıları da üzüb: “Gənc, istdadlı, perespektivli idmançının vəfatı arzu olunmaz, bir hadisədir.
16 Oktyabr 2017 13:39 SosialDünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev Rusiya Federasiyasının bir sıra rəsmi şəxslərinə müraciət edib. Assambleyadan "OLAYLAR"-a bildirilib ki, cari il avqust ayının 20-də əslən azərbaycanlı, Rusiya Federasiyası vətəndaşı Anar Allahverənov ilə Andrey Dryaçov arasında sırf məişət xarakterli münaqişə nəticəsində ikincinin vəfat etməsindən təəssüff hissi keçirilməklə yanaşı, bildirilib ki, bu hadisə Rusiyada yaşayanlarla yanaşı biz azərbaycanlıları da üzüb: "Gənc, istdadlı, perespektivli idmançının vəfatı arzu olunmaz, bir hadisədir. Biz vəfat edən Cənab Dryaçovun ailəsinə üzüntülü olduğumuzu bildirir, ailəyə səbr və dözüm arzu edirik. Ancaq sırf məişət xarakterli münaqişəni milli münaqişə olaraq təqdim etməyə cəhdlər edənlər var. Rusiya ilə Azərbaycan güclü əməkdaşlığa dayanan iki dost ölkədir. Rusiyada milyonlarla azərbaycanlı ruslarla dostluq, sülh şəraitində yaşayır, eyni şəkildə Azərbaycanda da milyonlarla ruslar etnik təzyiqə məruz qalmadan dostluq mühiti içərisində yaşayırlar". Diaspor rəhbəri Rusiya rəsmilərindən Anar Allehverənovun işini şəxsi nəzarətdə saxlamalarını, məsələnin milli və etnik müstəviyə çıxarılmasına imkan verməməyi rica edib.