Gündəm

Kərkükdə FƏLAKƏT SSENARİSİ: Şərqi parçalayacaq “şəhər dövlətlər” yaradılır

16 Oktyabr 2017 14:20

“Kərkük döyüşü dövlətlər savaşından sonra şəhərlər savaşının adıdır. Bölgədəki böhranları bu günə qədər dövlətlər ölçüsündə qiymətləndirirdik, bundan sonra şəhərlər üzərindən qiymətləndirəcəyik”.

Sarkisyan Əliyevlə görüşə getdi - Qarabağ MÜZAKİRƏSİ

16 Oktyabr 2017 14:19

Ermənistan prezidenti Serj Sarkisyan Cenevrəyə gedib. Bu barədə Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akobyan Tvitter hesabında yazıb.

Ermənistanda vəzifəli şəxslər rüşvət alarkən həbs edilib

16 Oktyabr 2017 14:17

Ermənistanın əmək və sosial məsələlər üzrə nazirliyinin tibbi sosioloji ekspertiza agentliyinin rəisi Armen Soğoyan və onun tabeliyində olan işçilər tərəfindən rüşvət alma faktı üzrə cinayət işi məhkəməyə göndərilib.

Yağış yağacaq

16 Oktyabr 2017 14:13

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 10-12° isti, gündüz 13-15° isti, Bakıda gecə 10-12°, gündüz 13-15° isti olacağı gözlənilir.

Ölkəyə qanunsuz telefon gətirilməsinin qarşısı alınıb

16 Oktyabr 2017 14:10

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mitsubishi Pajero İO" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

56 dövlət əmlakı hərraca çıxarılıb

16 Oktyabr 2017 14:09

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 14 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, bu dəfəki hərracda müxtəlif çeşidli 56 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 21-i kiçik dövlət müəssisə və obyekti, 7-si istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 8-i isə nəqliyyat vasitələridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Tərtər Konserv”, “Bərdə Kərpic”, “Azərmetalinvest“, “Çatal Broyler”, “Goranboy Sənaye“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.

Yaqub Mahmudov: “Dünya ictimaiyyətinin bəzi dairələrinin bizim həqiqətləri görmək istəməməsi alimlərimizi narahat edir”

16 Oktyabr 2017 14:08

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Tətbiqi Tədqiqatlar Fondunun birgə təşkilatçılığı ilə “Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri” mövzusunda seminar keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, regionda münaqişələrin gücləndiyi şəraitdə milli dəyərlərin, milli maraqların və mənafelərin qorunması son dərəcə önəmlidir: “Bu gün dünya ictimaiyyətinin bəzi dairələrinin bizim həqiqətləri görmək istəməməsi alimlərimizi narahat edir.

“Qarabağ” – “Atletiko” matçının hakimləri müəyyənləşib

16 Oktyabr 2017 14:04

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Atletiko” matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA Bakıda baş tutacaq qarşılaşmanı fransalı hakimlər briqadasına həvalə edib. 

Neft bazarına alternativ yaradılır

16 Oktyabr 2017 14:03

Dünya bazarında neftin qiymətinin tez-tez dəyişməsi ölkələrin iqtisadiyyatına təsirsiz ötüşmür. Xüsusən, neftin dəyərinin aşağı düşməsi bir sıra ölkələri ciddi addımlar atmağa vadar edir. Məsələ orasındadır ki, iqtisadiyyatı neftdən asılı olan ölkələr altrnativ yanacaq növlərinin tətbiqinə üstünlük verirlər. Maraqlıdır, bunula iqtisadi tənəzzülün qarşısını almaq mümkün olacaqmı?

Səmərəsiz istifadə olunan torpaqların təyinatı dəyişdirilir

16 Oktyabr 2017 14:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirləri gücləndirilir, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi təmin edilir.

CHP-nin Ankara-Bakı qardaşlığına vurduğu zərbə

16 Oktyabr 2017 13:59

Zaman-zaman erməni lobbisinin Türkiyə ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmaq, iki dost-qardaş ölkənin yüksələn xətlə inkişaf edən əlaqələrinə xələl gətirmək üçün həyata keçirdiyi məkrli planlar günümüzdə də öz icra mərhələsindədir. Əgər əvvəllər erməni lobbisi müntəzəm olaraq Türkiyə-Ermənistan sərhədlərinin açılması kimi həssas bir mövzunu ildə bir neçə dəfə, xüsusilə də iki ölkə arasında mühüm layihələrin həyata keçirilməsi mərhələsində gündəmə gətirirdisə, indi başqa bir mövzu ətrafında eyni oyun davam edir. Hansı ki, yeni oynanılan oyunlar da elə sərhədlərin açılması məsələsi qədər həssas bir mövzudur.

Azərbaycana qarşı kapmaniyanın arxasında kimlər dayanır?

16 Oktyabr 2017 13:58

Azərbaycana qarşı növbəti kampaniya həyata keçirilir.  Əvvəlki antiAzərbaycan kampaniyasından fərqli olaraq bu dəfə məlum şəbəkə maksimum imkanlarını işə salıb. Bütün mümkün vasitələrdən istifadə edilir ki, diplomatik sahədə Azərbaycana zərbə vurulsun, onun beynəlxalq imicinə xələl gəlsin. Hətta ölkəmizin bir neçə beynəlxalq təşkilatdakı təmsilçiliyinin belə dondurulması, yaxud Azərbaycanın həmin qurumlardan çıxarılması kimi “nəticələrə” nail olmaq kimi hədəflər qarşıya qoyulub.

Rusiyanın MDB-ni gücləndirmək planı işə yaramır

16 Oktyabr 2017 13:56

Qərbin, Hərbi Alyansın sərhədlərinə doğru yaxınlaşması sürətli xarakter aldıqca. Rusiya da öz növbəsində yerləşdiyi coğrafiyada, xüsusilə də keçmiş postsovet məkanında mövqelərini möhkəmləndirmək, Qərbə dirəniş göstərmək planları üzərində işləyir. Bu mənada bir ay ərzində MDB-nin, eləcə də Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatının toplantılarının keçirilməsi xüsusi qeyd edilməlidir.

Falçılıq edən Gürcüstan vətəndaşı tutulub

16 Oktyabr 2017 13:53

Azərbaycanda falçılıq edən Gürcüstan vətəndaşları saxlanılıb. Məlumata görə, hüquq-mühafizə orqanlarına Yevlax rayonunda naməlum iki qadının falçılıq adı ilə vətəndaşları aldatması barədə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin Gürcüstan vətəndaşları Nataliya Yenisenko və onu qızı Anjelina olmaları müəyən edilib və onlar tutulublar.

Sumqayıtda ölümlə nəticələnin yol-nəqliyyat hadisəsi baş verib

16 Oktyabr 2017 13:52

Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 14-də saat Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Orxan Məmmədov idarə etdiyi VAZ-21074 markalı avtomobillə yolu keçən həmyerlisi, azyaşlı Samir Mövsümovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.