Gündəm

Venesuelada seçki nəticələri — Müxalifət məğlub oldu

16 Oktyabr 2017 14:58

Venesuelada keçirilən əyalət seçkilərində Sosyalistlər qələbə qazanıb. Rəsmi açıqlamaya əsasən, 22 bölgədən 17-ində Maduro qazanıb. Seçkidən əvvəl keçirilən rəy sorğularında müxalifət 11 və ya 18 əyalətdə hökuməti əldə edəcəkdi. Müxalifət seçki nəticələrinin saxtalaşdırıldığını iddia edir.

"Onu edə bilməyəcək dərəcədə ürəyin yoxdursa, yaşama da" - Yaşar kişi həmkarlarını ittiham etdi

16 Oktyabr 2017 14:56

Yaşar Yusub "Atv maqazin onlarla" verilişinin mikrafonu vasitəsiylə paxıllıq çəkən kişi həmkarlarını tənqid atəşinə tutub. Gənc müğənni uğurunu görməzdən gələn, bir "like" qıymayan həmkarlarına bu ismarıcı yollayıb: "İnstaqram-da "like" nə deməkdir?! Onu edə bilməyəcək dərəcədə sənin ürəyin yoxdursa, yaşama da sən! Görməməzlikdən gəlmək olmaz. Yaşar gedir Azərbaycanı uğurla təmsil edərək qayıdır. Səhəri gün üz-üzə gəlirik, biri adamı təbrik eləmir. Sənin məndən xəbərin var, mənim sənin işlərindən xəbərim var.

“Bərdə” gəmi-bərəsi istismara qaytarılıb

16 Oktyabr 2017 14:50

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat donanmasına  məxsus “Bərdə” gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb. Gəmi sınaq üzüşündən uğurla çıxıb. “OLAYLAR”-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, gəmi-bərənin  sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, köməkçi və baş  mühərriklər əsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Eyni zamanda gəmi qazanı, mühərriklərin soyutma boruları, lövbər qurğusu da sazlanıb. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi rənglənib.

Ermənistandan deportasiya olunmuş soydaşlarımızla görüş keçirilib 

16 Oktyabr 2017 14:49

Beynəlxalq Diaspor Mərkəzi (BDM), Dünya Azərbaycanlıları Konqresi (DAK) və Azərbaycan Qaçqınlar Cəmiyyətinin (AQC) birgə təşkilatçılığı ilə Abşeron rayonunun Mehdiabad qəsəbəsində məskunlaşan Ermənistandan deportasiya olunmuş soydaşlarımızla görüş keçirilib. “OLAYLAR” -a BDM-in mətbuat xidmətindən bildirilib ki, nahar süfrəsi ətrafında təşkil olunmuş görüşdə Qərbi azərbaycanlıların deportasiyanın növbəti ildönümü anılıb.

Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib

16 Oktyabr 2017 14:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşünə gəlib.

Aviqdor Eskin: “Ermənilər azərbaycanlıları Qarabağa buraxmalıdır”

16 Oktyabr 2017 14:46

Dağlıq Qarabağa qeyri-qanuni səfəri üzündən Azərbaycan XİN-in "qara siyahı"sına daxil edilmiş israilli publisist və politoloq Aviqdor Eskin hesab edir ki, ermənilər və azərbaycanlılar arasında nəinki azad gediş-gəliş olmalıdır, həmçinin onlar Qarabağa da istədikləri vaxt gedə bilməlidir.

Məşhur rejissor Kinematoqrafçılar İttifaqında

16 Oktyabr 2017 14:44

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbərliyi və tanınmış jejissorla görüş keçirilib. Olaylar bildirir ki, görüşdə İttifaqın sədri, xalq artisti, professor Şəfiqə Məmmədova, icra katibi əməkdar incəsənət xadimi Cəmil Quliyev, xalq artisti, İttifaqın katibi Oqtay Mirqasım, Türk Dünyası Jurnalistlər Federasiyası tərəfindən isə qrumun rəhbəri Menderes Dəmir və məşhur rejissor və prodüser Gülşan Şaru iştirak ediblər.

Nəsimidə mağaza yanıb

16 Oktyabr 2017 14:40

Bakı şəhərinin Nəsimi rayonunda vətəndaşa məxsus mağazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 60 m2 olan mağazanın lambirdən ibarət tavanı, divar üzlüyü 4 m2 sahədə, geyim malları 2 m2 sahədə və kondisioner yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Aslan İsmayılova cinayət işi açıldı – FOTO

16 Oktyabr 2017 14:38

Tanınmış hüquqşünas Aslan İsmayılova cinayət işi açılıb. Bu barədə A. İsmayılov Facebook səhifəsində məlumat verib.

Lifti təmir etmək istəyən özü şaxtaya düşərək ölüb

16 Oktyabr 2017 14:38

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O.Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Bakıda məişət zorakılığı ilə bağlı konfrans keçiriləcək

16 Oktyabr 2017 14:36

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) 2016-cı ildən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi gender-əsaslı zorakılığın qarşısını alınması və istiqamətləndirmə mexanizminin yaradılması prosesində Azərbaycan Hökumətinə dəstək verməkdir.

Polşanın xarici işlər naziri Azərbaycana gələcək

16 Oktyabr 2017 14:33

Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovski 18 oktyabr 2017-ci il tarixində Azərbaycanda rəsmi səfərdə olacaq. XİN-dən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində nazir Vitold Vaşçikovskinin xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Oqtay Əsədov Parlamentlərarası İttifaqın 137-ci Assambleyasına qatılıb

16 Oktyabr 2017 14:31

Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda Parlamentlərarası İttifaqın (PAİ) 137-ci Assambleyasında iştirak edib. MM-dən “Olaylar”a verilən məlumata görə, Assambleyada Rusiya Prezidenti Vladimir Putin açılış mərasimində çıxış edərək bir sıra aktual beynəlxalq məsələlərə toxunub.

İsraildən Suriyaya zərbə

16 Oktyabr 2017 14:30

İsrailin döyüş təyyarələri Suriyadakı hava müdafiə bataliyonunu məhv edib. Olaylar bildirir ki, hücum İsrail ərazisində baş verib. Məlumata əsasən Suriyanın Hava Müdafiə qoşunu Şam şəhərinin şərqində yerləşir.

17 məzar açdıqdan sonra tapdığı qızını 8 il sonra tanınmaz halda tapdı - VİDEO

16 Oktyabr 2017 14:28

Ankarada 8 ildir yoxa çıxan qızı üçün 17 məzar açdıran ananın üzü gülüb.  Televiziya proqramına gələn xəbərlə qızına qovuşan ana Fatma Toyquncu qızının psixologiyasının pozulduğunu deyib.