Ermənistandan deportasiya olunmuş soydaşlarımızla görüş keçirilib 

Beynəlxalq Diaspor Mərkəzi (BDM), Dünya Azərbaycanlıları Konqresi (DAK) və Azərbaycan Qaçqınlar Cəmiyyətinin (AQC) birgə təşkilatçılığı ilə Abşeron rayonunun Mehdiabad qəsəbəsində məskunlaşan Ermənistandan deportasiya olunmuş soydaşlarımızla görüş keçirilib. “OLAYLAR” -a BDM-in mətbuat xidmətindən bildirilib ki, nahar süfrəsi ətrafında təşkil olunmuş görüşdə Qərbi azərbaycanlıların deportasiyanın növbəti ildönümü anılıb.

Beynəlxalq Diaspor Mərkəzi (BDM), Dünya Azərbaycanlıları Konqresi (DAK) və Azərbaycan Qaçqınlar Cəmiyyətinin (AQC) birgə təşkilatçılığı ilə Abşeron rayonunun Mehdiabad qəsəbəsində məskunlaşan Ermənistandan deportasiya olunmuş soydaşlarımızla görüş keçirilib. "OLAYLAR" -a BDM-in mətbuat xidmətindən bildirilib ki, nahar süfrəsi ətrafında təşkil olunmuş görüşdə Qərbi azərbaycanlıların deportasiyanın növbəti ildönümü anılıb. Tədbiri giriş sözü ilə açan BDM sədri dr. İsmayıl Ağayev bildirib ki, görüşün təşkil olunmasında məqsəd soydaşlarımızın deportasiyasını anmaq və xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fikir mübadiləsi aparmaqdır. İ. Ağayev nitqində Heydər Əliyevin 20 il öncə Qərbi azərbaycanlıların deportasiyası ilə bağlı verdiyi fərmanın tarixi əhəmiyyətindən danışıb. Daha sonra DAK həmsədri, şair Sabir Rüstəmxanlı çıxış edərək, Qərbi azərbaycanlıların deportasiyasının, onlara qarşı ermənilərin həyata keçirdiyi soyqırım aktlarının unudulmaması üçün bu kimi görüşlərin təşkilinin vacib olduğunu bildirib. O, qeyd edib ki, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı üçün mübarizəmiz davam edəcəkdir. Görüşdə iştirak edən AQC-nin sədri Əziz Ələkbərli, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, şair Ənvər Əhməd, Milli QHT Forumunun vitse-prezidenti Asif Əsgərov, yazıçı Nazir Əhmədli, DAK Qərbi Azərbaycan departamentinin rəhbəri Səməndər Mehdiyev, Çexiya-Azərbaycan Mədəniyyət Evinin rəhbəri prof. Azər Kərimov, BDM departament rəhbəri Etibar, AMEA-nın elmi işçisi dr. Ceyhun Ağayev və başqaları öz çıxışlarında Qərbi azərbaycanlıların deportasiyası ilə yanaşı tarixi Azərbaycan yurdunun mədəniyyəti, folkloru, ədəbiyyatını əhadə edən çıxışlar ediblər. Görüşdə QHT və media nümayəndələri, ziyalılar iştirak edib. Bir qrup media nümayəndələrinə plaketlər təqdim edilib. Sonda görüş iştirakçıları adından Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyevə və dünya ictimaiyyətinə müraciətlər ünvanlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31