Gündəm
İnternetdə ovsunladı - Gəlin evlənəndən sonra bakirə çıxmadı, hələ üstəlik də... - TƏFƏRRÜAT
İnternetdə tanış olub evlənən bəy aldanıb. Türk telekanalında yayımlanan “Yalnız Deyilsən” verilişinə 24 yaşlı oğlan müraciət edib. Onun dediyinə görə, qısa zaman öncə sosial şəbəkədə bir qızla tanış olub. 3 ay sonra qızla evlənmək qərarına gəlib. Qız isə kimsəsiz olduğunu deyərək, toya heç bir qohumunu çağırmayıb. Gəlinin sənədi olmadığına görə, nigah rəsmiləşdirilməyib. Toydan 15 gün sonra isə gəlin evdəki qızılları və pulları götürərək qaçıb.
Mal-qara oğruları ələ keçiblər
Vətəndaşlara məxsus mal-qaranın oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis orqanları tərəfindən uğurlu əməliyyat tədbirləri keçirilib.
"Türkiyə ictimaiyyəti Dağlıq Qarabağa qanunsuz səfər barədə məlumatsızdır"
"Təəssüflər olsun ki, Türkiyə ictimaiyyəti bir neçə ölkə vətəndaşının Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri barədə yetərincə məlumatlandırılmayıb".
Lerik və Masallıda yeni sürüşmə sahələri yarandı
Lerik və Masallı rayonlarında yeni lokal sürüşmə sahələri əmələ gəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya bildirib ki, Lerikdə Soru, Veri-Əliabad və Kirəvud, Masallıda isə Zuvand və Güllütəpə kəndlərində yeni lokal sürüşmə sahələri yaranıb.
General əsgərinin arvadına intim mesaj göndərdi, ordudan qovuldu
Tabeliyindəki çavuşun həyat yoldaşına intim mesajlar göndərən general ordudan qovulub. Hadisə ABŞ-da baş verib. Xüsusi əmrlə İtaliyaya göndərilmiş çavuşun arvadına yazan general mesajlarının silinməsini tələb edib. Ancaq qadın bu təklifi qəbul etməyib və bir çoxunu media ilə bölüşüb.
“Beynəlxalq birlik özündə güc tapıb qəti tədbirlər görməlidir”
Məlum olduğu kimi Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda Parlamentlərarası İttifaqın (PAİ) 137-ci Assambleyasında iştirak edib. Assambleyada Rusiya Prezidenti Vladimir Putin açılış mərasimində çıxış edərək bir sıra aktual beynəlxalq məsələlərə toxunub. Assambleyada çıxış edən spiker Oqtay Əsədov Azərbaycanın işğal altında olan ərazilərində etnik təmizləmə aparılır: “Təəssüf ki, ötən 25 il ərzində Ermənistan mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur və beynəlxalq hüquq qaydalarını kobudcasına pozmaqda davam edir.
Rusiya regionda münaqişənin alovlanmasına rəvac verir
Rusiya artıq neçə dəfədir ki, davamlı şəkildə açıq-aşkar Ermənistanın maraqlarına xidmət edən addımları ilə rəsmi Bakıda Kremlə olan etimad, inam hissini zəiflədir. Əgər son bir neçə ildə cərəyan edən proseslərə nəzər yetirsək, aşıq-aşkar görərik ki, 2013-cü ildən etibarən Azərbaycana qarşı şimaldan gələn bu kimi təzyiq və təsir vasitələri əhəmiyyətli dərəcədə artıb.
"Polisləri Müşfiqin adamları bildik..." - Silahlı insidentin TƏFƏRRÜATI
Dünən mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov və əməliyyat üzrə rəis müavini, polis zabiti Orxan Axundzadənin yaralanması ilə nəticələnən insidentin təfərrüatı məlum olub.
Azərbaycanlı hakim Avropa Liqasında növbəti oyuna təyinat aldı
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. Gənc baş hakim Avropa Liqasının L qrupunun "Vardar" (Makedoniya) - "Real Sosyedad" (İspaniya) oyununu idarə edəcək. Oyunun yan xətt akimləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Görüşdə əlavə köməkçi hakimlər funksiyasını Rəhim Həsənov və Orxan Məmmədov yerinə yetirəcək. Dördüncü hakim qismində Mübariz Haşımov təmsil olunacaq.
Naziri istefaya göndərən aktrisa 38 il sonra danışdı: "Hələ də sevirəm"
70-ci illərdə "Naziri istefaya göndərən qadın" kimi tanınan aktrisa-müğənni Aynur Aydan 38 il sonra bununla bağlı danışıb. Vaxtilə daxili işlər naziri Hasan Fehmi ilə yaşadığı eşq ilə gündəmdən düşməyən 71 yaşlı aktrisa onu hələ də unuda bilmədiyini deyib: "Ondan incisəm də, unuda bilmirəm.
Cəzadan sonra ilk kubok
Qadağan olunmuşa maddə istifadə etməsi səbəbindən 15 aylıq yarışlardan uzaqlaşdırılan Mariya Şarapova dönüşündən sonra ilk kuboku Çində qazandı. Apreldə kortlara dönən rus ulduz Tianjindəki yarışın finalında Belaruslu Arina Sabayenkaya qalib gəlib. Bununla da, Şarapova 2015-ci ildə Romada keçirilən turnirdən sonra ilk çempionluğunu yaşayıb.
Mədəndə QƏZA - 10 nəfər yerin altında qaldı
Permdə duz mədənində alışma səbəbindən təxminən 290 mədənçi təxliyə edilib. Vilayət Fövqəladə Xidməti nümayəndəsi liftlərə xidmət göstərən 10 nəfərin hələ yerin altında qaldığını bildirib. Mədəndə alışmanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.
İraq qoşunları Kərkükə girdi
İraqın Müdafiə Nazirliyinin birliklərii və İranın dəstəklədiyi "Həşdi Şabi" dəstələri Kərkük şəhərinə daxil olublar. Şəhərdə Kərkükü tərk etmək istəməyən kürd "peşmərgə"lərlə iraq hərbçiləri arasında sporadik döyüşlər gedir. Hazırda İraq ordusu strateji baxımdan çox böyük önəm daşıyan K1 hərbi bazasını ələ keçiriblər. Bazaya helikopterlərlə İraq ordusunun xüsusi təyinatlıları daşınır. K1 bazası ilə yanaşı, İraqın "Şimal Neft Şirkəti"nin kompleksi, habelə neft-qaz strukturunun bir sıra obyektləri də iraqlı hərbçiləri nəzarətindədir. Dəkukdakı bazanı da "peşmərgə"lər tərk ediblər.
Tbilisidə partlayış: yaralılar var
Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Partlayış nəticəsində yaxınlıqdakı binaya ziyan dəyib. Hadisədən sonra başlayan yanğının qarşısı alınıb.
Mühacirətin dünyəvi Azərbaycan modeli olan İMC nümunəsindən hər bir ölkə faydalana bilər
"İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyi ötən cümə günü Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində İranlı Mühacirlər Cəmiyyəti mühacirətin dünyəvi Azərbaycan modeli mövzusunda növbəti "dəyirmi masa"sını keçirib. Tədbirdə həmin bölgədə və eləcə də Qax və Balakən rayonlarında məskunlaşan iranlı mühacirlər, onların ailə üzvləri, həmçinin müxtəlif qurumların təmsilçiləri iştirak ediblər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və ora tər gül-çiçəklər düzülüb.














