Gündəm

SAM rəhbəri Soçiyə gedib

16 Oktyabr 2017 16:11

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov “Valday” beynəlxalq diskussiya klubunun 16-19 oktyabr 2017-ci il tarixlərində keçirilən “Yaradıcı destruksiya: Mövcud münaqişələrdən yeni dünya nizamı meydana gəlir?” mövzusundakı XIV illik iclasında iştirak etmək məqsədilə Soçidə səfərdədir .

İnsan alverinə qarşı mübarizə sahəsində aparılan siyasət bir çox dövlətlərə örnək olmalıdır

16 Oktyabr 2017 16:09

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Daxili İşlər Nazirliyinin təşkilatı dəstəyi ilə Biləsuvar rayonunda "İnsan alverinə qarşı mübarizə kompaniyasının keçirilməsi" adllı tədbir təşkil edib.

Rektor 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin açılış mərasimində

16 Oktyabr 2017 16:09

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva və digər ali təhsil ocaqlarının rektorları, yazarlar, mədəniyyət xadimləri iştirak edib. Qonaqlar Mərkəz ilə yaxından tanış olub, burada fəaliyyət göstərən kursların modullar əsasında tədrisi və “Multiart”, “Multimusic”, “Robotics”, “K-First”, “Multielm”, “Multitexnologiya” modullarının hər biri üzrə ayrı-ayrılıqda məlumatlandırıblar.

Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

16 Oktyabr 2017 16:09

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 16-da  bu ölkənin Müdafiə naziri cənab Levan İzoria ilə görüşüb. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bu formatda görüşlərin keçirilməsinin ölkələrimizin təhlükəsizliyinə təhdid törədən beynəlxalq terrorizm, aqressiv separatizm və digər təzahürlərlə mübarizədə səylərin birləşdirilməsində əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

""Hafka" bu namərdliyinə görə söyüşə layiqdir" - Hafiz Məmmədov yalvarır

16 Oktyabr 2017 16:08

Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Müşfiq Mədətov və onun dostu Vəli Vəliyev bir müddət əvvəl saxlanıldıqları polis idarəsindən evə buraxılıblar.

Zakir Həsənov Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

16 Oktyabr 2017 16:07

Gürcüstanda səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 16-da bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,  Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə həyata keçirilən səmərəli əməkdaşlıq təcrübəsini müzakirə edən tərəflər bu münasibətlərin bölgədə təhlükəsizliyin təmin olunmasına zəmin yaratdığını xüsusi qeyd ediblər.

ADU - da Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir

16 Oktyabr 2017 16:07

Oktyabrın 16- da Azərbaycan Dillər Universitetində universitetin Linqvokulturologiya kafedrasının təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində 18 Oktyabr-Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib. Olaylar bildirir ki, açılış nitqi ilə çıxış edən Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva tədbirin Azərbaycan tarixində mühüm hadisə kimi yer tutan Dövlət Müstəqilliyi Gününə həsr olunduğunu bildirib. O, qeyd edib ki, xalqımız əsrlər boyu müstəqilliyin arzusunda olub, bu gün isə biz əldə etdiyimiz müstəqilliklə fəxr edirik.

Bakıda evakuatorlar işi dayandırdı - Maşınlar cərimə meydançasına aparılmır

16 Oktyabr 2017 16:05

Bakıda DYP evakuatorlarının fəaliyyətinin ləğv edilməsi barədə xəbərlər yayılıb. Bildirilir ki, bundan sonra sürücülər dayanma-durma qaydasını pozarkən maşınlar cərimə meydançasına aparılmayacaq. Lakin yol polisi əməkdaşları həmin avtomobilin sürücüsü barəsində hər yarım saatdan bir inzibati protokol tərtib edə bilər. Bütün bunlar sürücülərin bir-birinə sevinərək verdiyi xəbərlərdir.

Azərbaycanda böhtana görə yeni cəza tətbiq ediləcək

16 Oktyabr 2017 15:58

Azərbaycanda böhtana görə yeni cəza tətbiq edilməsi təklif olunur. Bununla bağlı Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsinə əlavələrin edilməsi təklif edilir. Təklifə əsasən, böhtana görə, 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası tətbiq ediləcək. Hazırda əmələ görə, 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə cəzası var. Azadlığın məhdudlaşdırılması cəzası cəza məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir.

Bakıda Salvador Dali hoqqası: Əliyevanı necə qaradəriliyə çevirdilər...

16 Oktyabr 2017 15:57

"VİP STYLE" özəl tibb mərkəzində Bakı sakini Səidə Əliyevanın üzünü kimyəvi dərmanlarla yandıraraq tanınmaz hala salıblar. 4 ay ərzində klinikanın prosedurlarından istifadə edən qadının üz dərisi tamamilə qaralıb və sağalması müşkülə çevrilib.

Nöqsanlara görə işdən çıxarılan idarə rəisinin yerinə təyinat oldu

16 Oktyabr 2017 15:52

Salyan rayonunda statistika idarəsinə yeni rəis təyinatı olub.  Elnur Akif oğlu Hüseynov Salyan rayon statistika idarəsinin rəisi təyin edilib.E.Hüseynov bu təyinata kimi rayonun Kürqaraqaşlı kənd ərazi nümayəndəliyinin müavini vəzifəsində çalışıb.

Avtomobil trktorla toqquşub-ölən var

16 Oktyabr 2017 15:50

Beyləqan rayonunun Milabad qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən mlumata görə, oktyabrın 15-də saat 19 radələrində Beyləqan rayonunun Milabad qəsəbəsi ərazisində qəsəbə sakini Tahir Cəfərovun idarə etdiyi “VAZ-21063” markalı avtomobil və Şəfəq qəsəbə sakini Səməndər Balakişiyevin idarə etdiyi “MTZ-892” markalı traktor toqquşub. Nəticədə T.Cəfərov və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Hümbət Aydınov orada ölüb. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Avtomobil piyadanı vurub öldürdü

16 Oktyabr 2017 15:49

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almıış Samux rayon sakini Elnur Quliyev yerləşdirildiyi xəstəxanada ölüb. DİN-dən “Olaylar”a verilən mlumata görə, oktyabrın 15-də saat 20 radələrində Gəncə şəhəri ərazisində Samux rayon sakini Sabir Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Elnur Quliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Telefon oğrusu saxlanıb

16 Oktyabr 2017 15:48

Mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən mlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də Gəncə şəhəri ərazisindəki evlərdən birindən mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Şahmar Hüseynov tutulub.