Rektor 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin açılış mərasimində
3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva və digər ali təhsil ocaqlarının rektorları, yazarlar, mədəniyyət xadimləri iştirak edib. Qonaqlar Mərkəz ilə yaxından tanış olub, burada fəaliyyət göstərən kursların modullar əsasında tədrisi və “Multiart”, “Multimusic”, “Robotics”, “K-First”, “Multielm”, “Multitexnologiya” modullarının hər biri üzrə ayrı-ayrılıqda məlumatlandırıblar.
16 Oktyabr 2017 16:09 Mədəniyyət3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva və digər ali təhsil ocaqlarının rektorları, yazarlar, mədəniyyət xadimləri iştirak edib. Qonaqlar Mərkəz ilə yaxından tanış olub, burada fəaliyyət göstərən kursların modullar əsasında tədrisi və "Multiart", "Multimusic", "Robotics", "K-First", "Multielm", "Multitexnologiya" modullarının hər biri üzrə ayrı-ayrılıqda məlumatlandırıblar.
Mərkəzdə 4-16 yaşlı uşaq və yeniyetmələr üçün həm ənənəvi dərnəklər, həm də müasir metodiki vəsaitlər və texnoloji avadanlıqlarla təchiz edilmiş beynəlxalq məktəbdənkənar 6 inteqrativ modul əsasında 4 kurs olmaqla təhsil proqramı fəaliyyət göstərir.
Yeni informasiya texnologiyalarına əsaslanan robototexnika laboratoriyası, interaktiv təlim əsasında uşaqlarda kreativ düşüncə, təxəyyülün inkişafına yardım edəcək. "Multicentr" layihəsinin bir hissəsi olan "Multielm" modulu uşaq və yeniyetmələrə alternativ enerjidən istifadə, elmi eksperimentlərin aparılması imkanı verəcək.