Gündəm

"Rusiya işğalçı Ermənistanı müasir silahlarla təchiz etməyə davam edir"

16 Oktyabr 2017 17:01

"Təəssüf ki, bu gün Rusiya işğalçı Ermənistanı müasir silahlarla təchiz etməyə, təcavüzkara dəstək olmağa davam edir. Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana müasir silahlar almaq üçün 100 milyon dollar kredit vermək öhdəliyi onun həmsədrlik missiyasına ziddir".

Azərbaycan prezidentinin İsveçrəyə səfəri başa çatıb

16 Oktyabr 2017 16:59

Azərbaycan prezidenti İlham Əliyevin İsveçrəyə səfəri başa çatıb. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

XİN rəhbərləri və həmsədrlər birgə bəyanat yaydı

16 Oktyabr 2017 16:55

Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıb. XİN-dən “Olaylar”a verilən məlumata görə, bəyanatda bildirilir: Ermənistan Respublikasının Prezident Serj Sarkisyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cenevrədə, İsveçrə zirvə görüşü keçirdilər. ATƏT Minsk Qrupunun həmsədrlərinin (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andrü Sxofer Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iştirak etdilər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qatıldı.

Dünyanın xoşbəxti Kamandar  Eyvazlı yazır...

16 Oktyabr 2017 16:37

Aylardan soruşdum,illər söylədi, Nəğməli dodaqlar,dillər söylədi, Obalar söylədi,ellər söylədi: Dünyanın xoşbəxti sənsən dünyada.

Azercell “Məzun- 2017”-də tələbələrə dəstək oldu

16 Oktyabr 2017 16:33

Azercell Telekom MMC növbəti dəfə tələbələrə dəstək olub. Şirkətin İnsan Qaynaqları Departamentinin əməkdaşları oktyabrın 14-də Təhsil Nazirliyinin dəstəyi, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə keçirilən ənənəvi “Məzun- 2017 əmək yarmarkasında iştirak ediblər.

MTRŞ "Maşın Şou"nu tənqid etdi: "Tamaşaçılara hörmətsizlikdir..."

16 Oktyabr 2017 16:31

"Çox təəssüf ki, "Maşın şou" verilişində iştirakçılar arasında bir-birinə qarşı qeyri-mədəni davranışlar, aqressivlik halları müşahidə olunur. Efirdə ədəbi dillə bağlı problemin aktual olduğu bir şəraitdə şouda vulqar ifadələrdən, küçə danışıq tərzindən istifadənin baş alıb getməsi narahatlıq yaradır".

Eyfel-in işıqları söndürüləcək - Bu dəfə Somaliyə görə

16 Oktyabr 2017 16:30

Parisdə Eyfel qülləsinin işıqları Somalidə baş vermiş terror aktının qurbanlarının xatirəsinə gecə saatlarında söndürüləcək. Bu barədə Fransa paytaxtının meri Ann İdalqo elan edib.

Karib dənizində QƏZA - Sərnişinlər dənizə töküldü

16 Oktyabr 2017 16:29

Karib dənizində Haitidən olan miqrantları daşıyan qayıq qəzaya uğrayıb. Qayığın aşması nəticəsində 40-dan çox adam itkin düşüb. Hadisə zamanı qayıqda 50-yə yaxın miqrantın olduğu bildirilir. 

Ölkəmizdə söz və mətbuat azadlığı daim inkişaf edir

16 Oktyabr 2017 16:25

Cəmiyyətin söz və mətbuat azadlığına qovuşması əsrlər boyu insanların demokratik ideallar uğrunda mübarizəsinin başlıca qayəsini təşkil etmişdir. Sivil insan cəmiyyəti formalaşandan azad fikir, sərbəst düşüncə ifadə etməyə və eyni zamanda, dəqiq, obyektiv informasiya almağa ciddi mənəvi-fizioloji ehtiyac duymuşdur. Etiraf edək ki, Azərbaycan cəmiyyətində də söz və mətbuat azadlığı aşkarlıq, hesabatlılıq və siyasi plüralizm prinsiplərinin təminatında mühüm rol oynamaqla yanaşı, həm də demokratik inkişafı şərtləndirən mühüm amillərdən sayılır. Ölkəmizdə hesab olunur ki, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də məhz kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir. Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı suallarımızı Vəkil Rövşən Qasımov cavablandırır.

Azərbaycanla Bolqarıstan arasında sosial təminat haqqında hökumətlərarası Saziş layihəsi müzakirə olunub

16 Oktyabr 2017 16:20

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizə səfərə gəlmiş Bolqarıstan Respublikasının əmək və sosial siyasət nazirinin müavini Lazar Lazarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Səfərdə məqsəd  “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında sosial təminat haqqında Saziş” layihəsinin müzakirə olunmasıdır.

12 rayonun bələdiyyə xəritələri hazırlanır

16 Oktyabr 2017 16:18

Elektron kadastr uçotunun işləri yekunlaşıb 12 rayonda bələdiyyə xəritələrinin hazırlanması üzrə işlər davam edir. Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a veriln mlumata görə, 2017-ci ildə 14 rayonunda torpaqların elektron uçotuna alınması işinin tam yekunlaşması nəzərdə tutulur.

9 ayda 40 hərrac keçirilib

16 Oktyabr 2017 16:17

2017-ci ilin 9 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı və respublikanın rayonları da əhatə olunmaqla ümumilikdə 40-a yaxın hərrac keçirilib. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a veriln mlumata görə, özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərracı istifadəyə veribdir. İlk olaraq daşınar əmlakın özəlləşdirilməsini həyata keçirən Elektron hərrac vasitəsilə ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn olaraq qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər.

Cari ildə 150 min mənzilə çıxarış verilib

16 Oktyabr 2017 16:15

Cari ilin 9 ay ərzində keçirilmiş 17 “Kütləvi çıxarış” kampaniyasının 4-ü paytaxt rayonlarında, 13-ü isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutubdur. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə 9 ay ərzində vətəndaşlardan 60 mindən çox müraciət qəbul olunubdur. Ümumilikdə 2017-ci il ərzində ölkə üzrə 150 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıbdır.

Torpaqların səmərəli istifadə olunmamasına görə, 1900 inzibati protokol tərtib edilib

16 Oktyabr 2017 16:14

Əmlak Məsələləri Dövlət Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri davam etdirilir. Komitədən “Olaylar”a verilən məlumata görə, cari ilin 9 ayı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 744 hal üzrə inzibati protokollar tərtib olunubr. Ümumilikdə isə indiyədək, 1900-a yaxın inzibati protokol tərtib edilib. Kənd təsərrüfatı məqsədi ilə 165 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

ƏMDK 9 ayın yekunları ilə bağlı müşavirə keçirib

16 Oktyabr 2017 16:13

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində görülən işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.“Olaylar”ın məlumatına görə, komitə sədri Kərəm Həsənov müşavirəni açıq elan edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə aparılan mühüm islahatlar nəticəsində qeyri-neft sektoru inkişaf edir, iqtisadiyyat şaxələndirilir.