Gündəm
Portuqaliyada meşə yanğınları: 20 ölü
Portuqaliyada meşə yanğınları başlayıb. Yanğınların söndürülməsinə 7 min yanğınsöndürən cəlb olunub. Yanğınlar səbəbindən 20-yə yaxın avtomobil yolu bağlanıb. Təbii fəlakətin təhlükə yaratdığı rayonlardan yerli sakinlər təxliyə edilib. Mülki Müdafiə Xidmətinin məlumatına əsasən, ölkədə meşə yanğınları nəticəsində 20 nəfər həlak olub.
Bakı metrosunda “Qarabağ” səfərbərliyi
Oktyabrın 18-də Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O bildirib ki, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”-“Atletiko Madrid” oyunu ilə əlaqədar təkcə, “Koroğlu” metrostansiyası deyil, digər stansiyalarda da gücləndirilmiş iş rejimi tətbiq ediləcək.
NASA etiraf etdi: 9-cu planet var, amma... - VİDEO
ABŞ Kosmik və Aviasiya İdarəsi (NASA) günəş sistemində mövcud olduğu ehtimal edilən 9-cu planet haqqında açıqlama verib. NASA hələ ki, tapılmayan, ancaq haqqında əhəmiyyətli dəlillər tapılan nəhəng planetin var olduğunu qəbul edib. “Planet X” adlandırılan nəhəng buz planetinin Yerdən 10 qat daha ağır çəkiyə sahib olduğu və Günəşə Neptundan sonra 20 qat daha uzaq olduğu ehtimal edilir. Bu planet haqqında hələ ki, 5 dolğun sübut tapılıb.
Avtobusda qadın sərnişinin dodağından öpən kişi saxlanıldı - VİDEO
Türkiyənin Samsun şəhərində sərnişin avtobusunda yanında oturan qadına təcavüz edən şəxs saxlanılıb. 33 yaşlı N.K. adlı qadının yanında oturan 43 yaşlı S.B. arasındakı dioloq həbslə bitib. İddiaya görə, N.K. sevgilisindən ayrıldığını danışarkən ağlamağa başlayıb. S.B.-nin da təsəlli verməyə çalışaraq N.K.-nı qucaqlayaraq dodağından öpdüyü iddia edilir.
Ceyms Uorlik: "Bakı Şopinq Festivalı çox möhtəşəm tədbirdir"
"Bakı Şopinq Festivalı çox möhtəşəm bir tədbirdir". Bunu Bakı Şopinq Festivalının rəsmi saytına (www.bakushopfest.com) festival barədə fikirlərini bölüşən ATƏT-in Minsk qrupunun Amerika Birləşmiş Ştatlarından olan keçmiş həmsədri Ceyms Uorlik deyib.
İstanbulda partlayış - Yaralılar var
İstanbulda baş vermiş partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Partlayış boş yanacaqdaşıyan maşının olduğu anbarda baş verib. Yaralılar anbarın işçiləri olub. Hazırda partlayışın səbəbi ilə bağlı araşdırma aparılır.
Tarix dərsliyində daha bir biabırçılıq - Şagirdlər nəyə inansın?
Ölkənin orta məktəblərində istifadə olunan dərsliklərdəki nöqsanlarla bağlı şikayətlərin ardı-arası kəsilmir. Daha bir müzakirə olunası məqam 6-cı sinif şagirdləri üçün nəzərdə tutulan "Azərbaycan Tarixi" kitabı ilə bağlıdır.
Azay Quliyev seçkilərə qiymət verdi
ATƏT-in beynəlxalq müşahidəçiləri Qırğızıstanda prezident seçkilərində seçicilərə təzyiq və administrativ resurslardan istifadə halları ilə rastlaşıblar. Məlumata görə, ATƏT-in qısamüddətli missiyasının rəhbəri və xüsusi koordinatoru Azay Quliyev keçirdiyi mətbuat konfransında bu haqda danışıb.
Azərbaycanda iyrənc əməl: ana 14 yaşlı qızının seks videolarını çəkib...
14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə atmaqda təqsirləndirilən Ziyafət Bayramova və həmin görüntüləri yaymaqda ittiham edilən İsaməddin Hacatovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində qapalı keçirilən prosesə hakim Əhməd Quliyev sədrlik edib.
Deputat: Azərbaycanın sürətli inkişafı Avropadakı islamofob qüvvələri narahat edir
“Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli prosesində birbaşa iştirakçı olmasa belə, dünyanın ən mühüm güc mərkəzlərindən biri olaraq prosesə siyasi təsir etmək imkanı böyükdür. Eyni zamanda, Aİ bunu edə bilər ki, münaqişə ilə bağlı proseslərə obyektiv qiymət verilsin”.
Bayram Səfərov: Bizim yeganə arzumuz doğma torpaqlarımıza qayıtmaqdır
Bizim yeganə arzumuz doğma torpaqlarımıza qayıtmaqdır”. Bu fikri «Azərbaycan Respublikası Dağlıq Qarabağın azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib. B.Səfərov bildirib ki, Ermənistan müstəqil dövlət deyil. Onun sözlərinə görə, bu səbəbdən işğalçı dövlət müstəqil qərarlar qəbul edə bilmir: “Ermənistan müstəqil dövlət deyil və o havadarlarının tapşırıqları əsasında qərarlar qəbul edir. Ona görə də, Sarkisyanın xoşluqla sülhə gəlməsi inandırıcı görünmür.
MM-in deputatı: Ermənilər xoşluqla sülhə gəlməyəcək
“Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəliləyiş üçün yaxşı imkan ola bilər”.
Azərbaycan- ABŞ biznes forumu keçirilib
Oktyabrın 16-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-ABŞ biznes forumu keçirilib.
"Allah səni öldürsün" - "Maşın"da daha bir QALMAQAL
Qalmaqallı "Maşın" realiti şousunun 15-ci mövsümü davam edir. Dünən yayımlanan buraxılışda aparıcı Vüsalə Kərimova və jurnalist Ülviyyə Alovlu arasında münaqişə yaşanıb.
Güclü sel sitrus bağlarını yuyub apardı - ASTARADA TƏBİİ FƏLAKƏT - VİDEO
Cənub bölgəsinə düşən leysan yağışlar Astarada ciddi fəsadlara yol açıb. Güclü sel Astarada piyada körpülərinə ciddi ziyan vurub. Daşqınlar çay ətrafında yaşayan vətəndaşların sitrus bağlarını yuyub aparıb, yaşayış evlərini təhlükə ilə üz-üzə qoyub. Rayonun Şiyəkəran kəndi ərazisində Pensər çayının üzərindəki iki piyada körpüsü qəzalı vəziyyətə düşüb. Sakinləri əsas narahat edən məsələ havaların soyuması və məktəblilərin böyük məsafəni piyada qət etmələridir: "Camaatın kəndin o tərəfindən bu tərəfinə gediş-gəlişi xeyli çətinləşib. Hər il bu sel olardı, amma bu il çox ziyan vurub. Çətinliyimiz odur uşaqlar gedib-gələ bilmirlər, əlavə qıraq körpüdən gedib gəlirlər".














