Deputat: Azərbaycanın sürətli inkişafı Avropadakı islamofob qüvvələri narahat edir
“Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli prosesində birbaşa iştirakçı olmasa belə, dünyanın ən mühüm güc mərkəzlərindən biri olaraq prosesə siyasi təsir etmək imkanı böyükdür. Eyni zamanda, Aİ bunu edə bilər ki, münaqişə ilə bağlı proseslərə obyektiv qiymət verilsin”.
16 Oktyabr 2017 17:26 Siyasət"Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli prosesində birbaşa iştirakçı olmasa belə, dünyanın ən mühüm güc mərkəzlərindən biri olaraq prosesə siyasi təsir etmək imkanı böyükdür. Eyni zamanda, Aİ bunu edə bilər ki, münaqişə ilə bağlı proseslərə obyektiv qiymət verilsin". Bunu deyən millət vəkili Elman Nəsirov qeyd edib ki, xüsusilə Avropa Şurası rəhbərliyinin, o cümlədən təşkilatın baş katibi Yaqlandın timsalına ölkəmizə qarşı davranışlar şübhəsiz ki, Azərbaycan cəmiyyətində mənfi qarşılanır: "Münaqişə ilə bağlı düzgün olmayan yanaşmaya görə, yalana və böhtanlara görə cəmiyyətimiz onlara etiraz edir. Aİ proseslərdə obyektiv olmalı, AŞ ilə bu məsələ ilə bağlı məsləhətləşmələr aparıb Azərbaycanın haqq işini müdafiə etməlidir". Onun sözlərinə görə, Azərbaycana qarşı müəyyən beynəlxalq siyasi dairələr tərəfindən qərəzli kampaniya aparılır: "AŞ-nın baş katibi Yaqlandın timsalında bu gün bu yanaşmanı görürük. Prezident İlham Əliyev Avropa İtiifaqı Şurasının nümayəndə heyəti ilə görüşündə bu kampaniyanın mahiyyətindən də danışdı. Qeyd etdi ki, kampaniya ilk növbədə dünyada müəyyən siyasi, iqtisadi, maliyyə rıçaqlarına malik olan erməni lobbisinin və diasporunun fəaliyyəti ilə bağlıdır. Eyni zamanda, beynəlxalq QHT-lər bəzi dairələrin əlinə alət olaraq Azərbaycana qarşı təziyq göstərmək üçün istifadə edilir. Cənab Prezident vurğuladı ki, bütün bu yanaşmalar kökündən səhvdir. Azərbaycanı demokratiyanın olmamasında ittiham etmək, insan haqlarının vəziyyəti lə bağlı yalanlar söyləmək ədalətə söykənmir. Əksinə, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir, insan haqları tam müdaifə olunur, fundamental hüquqlar, söz, mətbuat, sərbəst toplaşmaq, dini azadlıqlar tam təmin edilir. Eyni zamanda, ölkə əhalisinin 70 faizi internet istifadəçisidir. Bu qədər internet istifadəçisi olan ölkədəı mətbuata qarşı hansı hücumlardan söhbət gedə bilər? Yəni bunlar qeyri-mümkün olan məsələlərdir. Azərbaycanın inkişaf yolu belə halları istisna edir. Biz demokratik inkişaf yolunu seçmiş dövlətik və bu istiqamətdə ciddi addımlar atırıq. Cənab Prezident onu da qeyd etdi ki, bir çox ölkələrdə, o cümlədən Avropa ölkələrində mitinqlərdə itlərdən, atlardan, dəyənəklərdən istafldə edilməsini görmüşük. Amma bunların heç biri Azərbaycanda yoxdur. Çünki Azərbaycanın yolu demokratiya yoludur. Ölkəmizdə insanlar sərbəst toplaşmaq hüququndan da normal istifadə edirlər. Müxalifət son vaxtlar mitinqlər keçirir. Amma mitinqlərə az adamın gəlməsi müxalifətin öz problemidir. Çünki cəmiyyətimiz bu müxalifəti dəstəkləmir. Cənab Prezident vurğuladı ki, Avropa həqiqəti bilməlidir və doğru mənbələrdən istifadə etməlidir. Bir sıra hallarda isə biz bunun əksini görürük. Həmin qüvvələr çalışırlar ki, Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsinin qarşısını alsınlar. Çünki bunu həzm edə bilmirlər ki, Azərbaycan dövləti milli maraqlara uyğun siyasət aparır, xalqımız birmənalı olaraq dövlət başçısının siyasətini dəstəkləyir. Eyni zamanda, müsəlman dövləti olaraq Azərbaycanın sürətli inkişafı Avropadakı islamofob qüvvələri narahat edir. Onlar Azərbaycanda xalq-iqtidar birliyini həzm edə bilmirlər. Ölkəmizdəki monolit birlik onların yuxusuna haram qatır. Ona görə də, ölkəmizlə təzyiq yolu ilə danışmaq istəyirlər. Amma bu cəhdlərin heç bir perspektivi yoxdur. Çünki bugünkü uğurlamızın kökündə xalqın siyasi iradəsi dayanır, xalq-hakimiyyət birliyi dayanır və birlik olan yerdə inkişaf prosesinin qarşısını almaq mümkün deyil".