Portuqaliyada meşə yanğınları: 20 ölü

Portuqaliyada meşə yanğınları başlayıb. Yanğınların söndürülməsinə 7 min yanğınsöndürən cəlb olunub. Yanğınlar səbəbindən 20-yə yaxın avtomobil yolu bağlanıb. Təbii fəlakətin təhlükə yaratdığı rayonlardan yerli sakinlər təxliyə edilib. Mülki Müdafiə Xidmətinin məlumatına əsasən, ölkədə meşə yanğınları nəticəsində 20 nəfər həlak olub. 

Portuqaliyada meşə yanğınları başlayıb. Yanğınların söndürülməsinə 7 min yanğınsöndürən cəlb olunub. Yanğınlar səbəbindən 20-yə yaxın avtomobil yolu bağlanıb.
Təbii fəlakətin təhlükə yaratdığı rayonlardan yerli sakinlər təxliyə edilib. Mülki Müdafiə Xidmətinin məlumatına əsasən, ölkədə meşə yanğınları nəticəsində 20 nəfər həlak olub. 

Xatırladaq ki, Portuqaliyanın müasir tarixində ən böyük meşə yanğınları bu ilin iyununda qeydə alınıb. İyunun 17-də başlayan yanğınlar nəticəsində 64 nəfər həlak olmuşdu.  AzVision.az xarici mətbuata istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31