Gündəm

“Android” sistemli qurğular üçün videozənglər sadələşdirilib

16 Oktyabr 2017 19:16

“Google” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün videozənglərin edilməsini sadələşdirəcək proqram yenilənmələri həyata keçirməyə başlayıb. Söhbət faktiki olaraq “Google Duo” videoçatının “Telefon”, “Kontaktlar” və  “Bildirişlər” əlavələri ilə daha sıx inteqrasiyasından gedir.

“Android” sistemi ilə işləyən smartfonlar təhlükə altındadır

16 Oktyabr 2017 19:11

“ESET” antivirus şirkətinin mütəxəssisləri ekranı bloka salmaq funksiyasına malik və “Android” mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün ilk şifrləyici virus aşkar ediblər. Bu haqda şirkətin rəsmi saytında məlumat verilib.

Londonda 5 manata ev satılır - Temza çayının sahilində

16 Oktyabr 2017 19:05

Yeni təmirdən çıxmış 3 otaq, 1 mətbəxdən ibarət, həyətyanı sahəsi olan ev satılır. Ev sahibi alıcı axtramaqdan yorulduğu üçün evi bu qədər ucuz satdığını deyib.

“Qarabağ”dan tarixi qələbə

16 Oktyabr 2017 19:00

“Qarabağ” Azərbaycan çempionatlarında tarixi qələbəsini qazanıb. Məlumata görə, Ağdam təmsilçisi buna Topaz Premyer Liqasının VIII turunun “İnter”lə görüşündə nail olub.

“Zirə”dən rekord

16 Oktyabr 2017 18:55

“Zirə” startdakı məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırıb. Məlumata görə, qəsəbə klubu Topaz Premyer Liqasının VIII turunun ev oyununda “Kəpəz”i 3 cavabsız qolla məğlub edib. Bu, zirəlilərin tarixində ən uğurlu startdır. 5 qələbə qazanıb, 3 heç-heçə edən Ayxan Abbasovun yetirmələri 2015/16 mövsümündəki rekordunu yeniləyib. Həmin vaxt Premyer Liqanın debütantı ardıcıl 7 oyunda uduzmamışdı. Bakılılar VIII turu yenilgisiz keçməklə 2 il əvvəlki nəticəni arxada qoyub.

Keçmiş sevgilisi tərəfindən qətlə yetirilən aparıcının məzarını gecələr ziyarət edən kimdir? - VİDEO

16 Oktyabr 2017 18:50

Türkiyənin məşhur aparıcısı Vatan Şaşmaz 27 avqust axşamı keçmiş model sevgilisi Filiz Aker tərəfindən bir otel otağında silahla vurularaq öldürülmüşdü. Böyük kədər içində olan ailəsi mərhum sənətçinin məzar daşını hazırladıb. Sevənləri hər həftə sonu məzarı ziyarət edərək Şaşmaz üçün dua edirlər.

Demetdən boşanmaqda olduğu ərinə sərt sözlər: "Utanmaz"

16 Oktyabr 2017 18:45

Keçmiş model Demet Şenerlə basketbolçu əri ibrahim Kutlouayın boşanma prosesi davam edir.  Model vəkili vasitəsilə ərinin “Demet Şener gündəmdə qalmaq üçün mediadan, varlanmaq üçün isə məhkəmədən istifadə etməsə, proses yekunlaşar” açıqlamasına əsəbiləşib.

Proqramlaşdırıla bilən süni dəri yaradıldı

16 Oktyabr 2017 18:40

Kornell Universitetinin mühəndisləri proqramlaşdırıla bilən süni dəri hazırlayıblar. Səkkizayaqlı ilbiz və mürəkkəbböcəyinin xüsusiyyətləri yeni materialın prototipi qismində çıxış edib.

19 yaşında milyonçu olan gənc - Çətindir, amma zövq alıram

16 Oktyabr 2017 18:37

19 yaşlı Akşay Rupareliya tələbədir. Buna rəğmən o, artıq milyonçudur. Oksford Universitetində oxuyan Akşay "Doorsteps" adlı rielter agentiliyinin banisi və sahibidir. Agentliyin dəyəri hazırda 12 milyo funt-sterlinqi keçib. Akşay Rupareliyanın dediyinə gör, uğurunun sirri bəsitdir. "Rielterlər adətən alqı-satqı prosesində böyük faiz tələb edirlər. Bizdə isə komissiya faizi bəzən cəmi 99 funt olur.

Dənizdən Hülyaya sərt sözlər: "Cahildir"

16 Oktyabr 2017 18:33

Müğənnia-aparıcı Hülya Avşarın verilişində “Kişilər qadınlarını hiss etdirmədən aldatsın” ismarışına etiraz edənlərdən biri də keçmiş model Dəniz Akkaya olub.  Akkaya Avşarı “cahil qadın” adlandırıb:  “Biabırçılıq. Bu qadının savadsızlığı haqda heç danışmaq lazım deyil”.

"Heç bir qüvvə ailəmi dağıda bilməz" - Aygün

16 Oktyabr 2017 18:30

“İstəyərdim ki, tamaşaçı deməsin yenə Aygün, bezdim onun əlindən. Qoy, Aygün üçün darıxsınlar. Türkiyədə Tarkan necə edir? Hansısa verilişə çıxanda hamı onu axtarır”. Məlumata görə, bu sözləri rejissor Kənan M.M.-lə ailəli olan müğənni Aygün Mahmudova “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

Ramil Usubov: "Cinsi azlıqlar oriyentasiyalarını önə çəkməklə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar"

16 Oktyabr 2017 18:19

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil UsubovBakıda cinsi azlıq nümayəndələrinin saxlanılması ilə bağlı məlumatların təqdim edilməsi barədə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Mujnieksin müraciətinə cavab verib. Məlumata görə, R. Usubov cavab məktubunda qeyd edib ki, Bakıda cinsi azlıqlara qarşı tədbirlər əhalinin çoxsaylı şikayətləri əsasında aparılıb:

Könül Xasıyevadan ÜRƏKDAĞLAYAN SÖZLƏR: “Elə şeylər var ki...”

16 Oktyabr 2017 18:14

Səhhətində ciddi problem olan Xalq artisti Könül Xasıyeva “Xəzər maqazin” proqramına açıqlamalar verib: O, yuxu yata bilmədiyini dilə gətirib: “Heç yuxu yatmıram. Gecə yatanlara həsəd aparıram. 3 ilə yaxındır ki, heç bir efirə çıxa bilmirəm. Hər il konsert verən xanəndə olmuşam. Oxuya bilməmək mənim yaralı yerimdir. Son üç ildə hər şey pis hala düşdü. Elə şeylər var ki, onu açıqlaya bilmirəm. Vücudum sızıldayır, göynəyir... Onurğanın zədələnməsi bütün siniri pozur. Danışığa da, saça da, dişlərə də təsir edir”.

Türkiyə İraqın şimalına hava məkanını bağlayır

16 Oktyabr 2017 18:13

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının toplantısı başa çatıb. Toplantı 1 saat 40 dəqiqə sürüb. Toplantıda ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılması, İraqın şimalına Türkiyə Hava məkanının bağlanması, İraqın şimal bölgəsi ilə həmsərhəddə yerləşən İbrahim Halil buraxılış məntəqəsinin bağlanması hökumətə tövsiyə edilib.

"Dağlıq Qarabağla bağlı birgə bəyanat uzun müddət ərzində səsləndirilən ən müsbət bəyanatdır"

16 Oktyabr 2017 18:12

"Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Cenevrədə keçirilən görüşündən sonra iki ölkənin XİN rəhbərlərinin və ATƏT Minsk qrupu həmsədrlərinin birgə bəyanatı uzun müddət ərzində verilən ən müsbət bəyanatdır".