Gündəm
Türkiyədə fövqəladə vəziyyət müddəti uzadıldı
Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılıb. Bunu Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurası iclasının yekunu olaraq Türkiyənin vitse-prezidenti Bəkir Bozdağ bildirib.
Məktəb direktorunun əri müəllimi döydü - Azərbaycanda
İmişli rayonunda orta məktəbin psixoloqu döyülüb. Hadisə rayonun Boşçalılar kənd orta məktəbində baş verib. Bələ ki, həmin məktəbdə psixoloq işləyən Şəhla Abbasova direktorun əri tərəfindən döyülüb. Qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
ABŞ da təsdiqlədi: İraq ordusu Kərkükə girdi
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İraq Silahlı Qüvvələrinin Kərkükə daxil olması ilə bağlı açıqlama verib. Məlumatda ABŞ rəhbərliyi altındakı koalisiya qüvvələrinin Kərkük yaxınlığında olduğu bildirilib.
Viza məhdudiyyəti qismən aradan qalxdı
ABŞ Türkiyəyə qarşı tətbiq etdiyi viza məhdudiyyətini qismən aradan qaldırıb. Müalicə məqsədilə və digər xüsusi hallarda ABŞ-a getmək istəyən Türkiyə vətəndaşlarına viza veriləcək. Vizanı yalnız ABŞ-ın Ankaradakı səfirliyi və İstanbuldakı Baş Konsulluğu verəcək.
Azərbaycanlıların yaşadığı kənddə XÜSUSİ ƏMƏLİYYAT
Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunun Qaratəhlə kəndində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı narkotik maddələrin qeyri-qanuni dövriyyəsində şübhəli bilinən 25 yaşlı gənc saxlanılıb.
Məşhur aparıcı startup layihənin reklam siması oldu
“Arb” tv-nin məşhur aparıcısı Murad Həşimov tezsagal.az startup layihəsinə dəstək olub. Belə ki, “Günə doğru” xəbər şousunun və “Yaşamaq gözəldir” ailə sağlamlıq proqramının aparıcısı yeni yaradılan layihənin reklam çarxına çəkilib. Olaylar bildirir ki, məşhur aparıcı şəxsi facebook səhifəsində reklam çarxını paylaşaraq tezsagal komandasına uğurlar arzulayıb. Startup layihə adından da göründüyü kimi tibb sahəsində xidmət göstərəcək. Beynəlxlaq startup layihə olan tezsagal həkimlərlə pasientlərin asanlıqla görüşünü təşkil edir. Pasientlər sayta daxil olaraq əziyyət çəkdikləri xəstəlik üzrə həkimin ixtisasını və məkanı yazaraq axtarış edə, həkimlər haqqında məlumat oxuya və onlayn olaraq həkimin qəbuluna yazıla bilərlər.
Facebook sabiq xüsusi xidmət orqanı işçiləri ilə əməkdaşlıq edəcək
"Facebook" sosial şəbəkəsi yeni qərar qəbul edib. Sosial şəbəkədə bəzi kampaniyaları operativ şəkildə izləmək və potensial təhlükələr barədə məlumat əldə etmək üçün məxfi məlumatlara girişi olan əməkdaşları işə cəlb edəcək.
Çin alimləri BUNU DA ETDİ: insan yerişinə görə onun kimliyi müəyyən ediləcək
Çin alimləri insanları yerişinə görə təyin edə bilən kamera hazırlayıb. İnsan üzünü gizlətdikdə belə, yeni biometrik identifikasiya texnologiyası onun kim olduğunu rahatlıqla müəyyən edəcək.
Bu körpə görənləri şoka saldı
Macarıstanda doğulan körpə parlaq ağ saçları ilə həm həkimləri, həm də valideynlərini şoka salıb.
“Wi-Fi” şifrləmə protokoluna müdaxilə edilib
Simsiz giriş nöqtəsi və qurğular arasında məlumatların təhlükəsiz ötürülməsini təmin edən “WPA2” (“Wi-Fi Protected Access II”) şifrləmə protokoluna müdaxilə edilib. Aşkar edilmiş boşluq ev və ya ofis şəbəkəsinin əhatə zonasında yerləşən hakerlərə “Wi-Fi” şəbəkəsinin parolunu ələ keçirməyə, internet trafiki dinləməyə və şifrlənməmiş rabitə kanalı üzrə ötürülən istənilən informasiyanı ələ keçirməyə imkan verir.
"Real Madrid"in futbolçusunun 3-cü uşağı oldu
"Real Madrid"in yarımmüdafiəçisi Luka Modric 3-cü dəfə ata olub. 32 yaşlı havbekin qız övladı dünyaya gəlib. Modric oktyabrın 2-də doğulan qızı ilə fotosunu İnstagram-da paylaşıb. Ona Sofiya adı verilib. Modric 2010-ci ildən Venya Bosniçlə nikah bağlayıb. Həmin ilin iyununda cütlüyün İvan adlı oğlu, 2013-cü ildə isə Emanuel adlı qızı dünyaya göz açıb.
Smartfondan ən çox hansı ölkənin sakinləri istifadə edir?
“Counterpoint” tədqiqat şirkəti dünya əhalisinin smartfondan istifadə müddətinin öyrənildiyi hesabatın nəticələrini dərc edib.
40 terabaytlıq “Western Digital” sərt diskləri buraxılacaq
"Western Digital" şirkəti "Innovating to Fuel the Next Decade of Big Data" tədbiri çərçivəsində 40 terabayt tutumlu 3,5 düym diaqonallı sərt disklər yaratmağa imkan verən yeni maqnit yazma texnologiyasını təqdim edib. Belə toplayıcılara zərurət isə informasiya həcminin artması ilə əlaqədardır. Məsələn, "ağıllı" şəhər sistemləri çoxsaylı kameralardan və digər ötürücülərdən məlumatların toplanılmasını nəzərdə tutur. Bunun üçün çoxlu yer tələb olunduğundan istehsalçılar toplayıcıların tutumunun artırılması üzrə üsulların axtarışı ilə məşğuldurlar.
“Windows 10” əməliyyat sistemi istifadəçiləri izləyir?!
Daha bir Avropa dövləti "Microsoft" şirkəti tərəfindən "Windows 10 Home" və "Pro" sistemlərinin idarəetməsi altında işləyən kompüterlərdən toplanılan böyük həcmli məlumatlardan narahatdırlar. Niderland Məlumatların Mühafizəsi İdarəsindən (Autoriteit Persoonsgegevens, PA) bildirilib ki, istifadəçilərin fərdi informasiyasını emal edən ABŞ şirkəti Niderland qanunvericiliyini pozur. "Microsoft" şirkəti öz siyasətini dəyişdirməsə, ona sanksiya tətbiq ediləcək.
Yeni onlayn təhsil proqramı istifadəyə verilib
“Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak yeni “Woz U” onlayn təhsil proqramını istifadəyə verib. Proqram texniki təhsilin mənimsənilməsində müxtəlif insanlara yardımın göstərilməsini nəzərdə tutur.














