Məşhur aparıcı startup layihənin reklam siması oldu
“Arb” tv-nin məşhur aparıcısı Murad Həşimov tezsagal.az startup layihəsinə dəstək olub. Belə ki, “Günə doğru” xəbər şousunun və “Yaşamaq gözəldir” ailə sağlamlıq proqramının aparıcısı yeni yaradılan layihənin reklam çarxına çəkilib. Olaylar bildirir ki, məşhur aparıcı şəxsi facebook səhifəsində reklam çarxını paylaşaraq tezsagal komandasına uğurlar arzulayıb. Startup layihə adından da göründüyü kimi tibb sahəsində xidmət göstərəcək. Beynəlxlaq startup layihə olan tezsagal həkimlərlə pasientlərin asanlıqla görüşünü təşkil edir. Pasientlər sayta daxil olaraq əziyyət çəkdikləri xəstəlik üzrə həkimin ixtisasını və məkanı yazaraq axtarış edə, həkimlər haqqında məlumat oxuya və onlayn olaraq həkimin qəbuluna yazıla bilərlər.
16 Oktyabr 2017 22:04 Sosial"Arb" tv-nin məşhur aparıcısı Murad Həşimov tezsagal.az startup layihəsinə dəstək olub. Belə ki, "Günə doğru" xəbər şousunun və "Yaşamaq gözəldir" ailə sağlamlıq proqramının aparıcısı yeni yaradılan layihənin reklam çarxına çəkilib. Olaylar bildirir ki, məşhur aparıcı şəxsi facebook səhifəsində reklam çarxını paylaşaraq tezsagal komandasına uğurlar arzulayıb.
Startup layihə adından da göründüyü kimi tibb sahəsində xidmət göstərəcək. Beynəlxlaq startup layihə olan tezsagal həkimlərlə pasientlərin asanlıqla görüşünü təşkil edir. Pasientlər sayta daxil olaraq əziyyət çəkdikləri xəstəlik üzrə həkimin ixtisasını və məkanı yazaraq axtarış edə, həkimlər haqqında məlumat oxuya və onlayn olaraq həkimin qəbuluna yazıla bilərlər. Görüş vaxtı əvvəldən müəyyən olunduğuna görə artıq saatlarla həkim qəbulunda növbə gözləməyə ehtiyac qalmır. Həkim qəbulundan sonra saytda həkim haqqında rəy və səsvermə düyməsi aktivləşir. Bununla da pasient həkim, klinika (xəstəxana), qarşılanma və s punktlar üzrə səs verməklə həkimə müraciət etmək istəyən pasientlərə kömək etmiş olur. Bütün bu xidmətlər üçün pasientlərdən heç bir ödəniş tələb olunmur. Hazırda Azərbaycan üçün fəaliyyətə başlayan layihədə direktor Mais Zeynalov, nəzarətçi Sədi Şirinov, koordinator Səbuhi Əzizov olmaqla 15-dən çox insan çalışır. Yaxın günlərdə Gürcüstan üçün də aktivləşəcək layihənin məqsədi qısa zamanda pasientlərin daha çox imkan əldə etməsinə şərait yaratmaqdır.