Demetdən boşanmaqda olduğu ərinə sərt sözlər: "Utanmaz"

Keçmiş model Demet Şenerlə basketbolçu əri ibrahim Kutlouayın boşanma prosesi davam edir.  Model vəkili vasitəsilə ərinin “Demet Şener gündəmdə qalmaq üçün mediadan, varlanmaq üçün isə məhkəmədən istifadə etməsə, proses yekunlaşar” açıqlamasına əsəbiləşib.

Keçmiş model Demet Şenerlə basketbolçu əri ibrahim Kutlouayın boşanma prosesi davam edir.  Model vəkili vasitəsilə ərinin "Demet Şener gündəmdə qalmaq üçün mediadan, varlanmaq üçün isə məhkəmədən istifadə etməsə, proses yekunlaşar" açıqlamasına əsəbiləşib. Məhkəmədə qanunda nəzərdən tutulduğundan 20-30 dəfə maddi təzminat tələb edən Demet bunları deyib:  "İki insan tipi var: zaman keçdikcə səhvləri ilə üzləşən və zaman keçdikcə sırtıqlaşan. Yaşadıqlarımın 10-da birini bilmirsiniz. Mən bağışladım, onu Allah bağışlasın. Vəkilinə bu utanmaz açıqlamanı yaydırmasına təəccübləndim. 16 il ərzində işləsəydim, mənim qazanacaqlarım o təzminatdan qat-qat çox olardı. Təzminat şəxsin mal-mülkünə nisbətdə istənilir. Haqqında danışdığım adam dövlət məmuru deyil ki...". Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31