“Qarabağ” – “Atletiko” matçının hakimləri müəyyənləşib

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Atletiko” matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA Bakıda baş tutacaq qarşılaşmanı fransalı hakimlər briqadasına həvalə edib. 

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Atletiko" matçının hakimləri müəyyənləşib. Məlumata görə, UEFA Bakıda baş tutacaq qarşılaşmanı fransalı hakimlər briqadasına həvalə edib. Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda Ruddi Buke ədalət təmsilçisi olacaq. Ona Jillom Debar və Frederik Kano kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Bertran Joanno yerinə yetirəcək. Görüşün əlavə hakim köməkçiləri isə Amauri Delerue və François Letexye olacaq.

Qeyd edək ki, oktyabrın 18-də keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu saat 20:00-da start götürəcək.  Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31