Səmərəsiz istifadə olunan torpaqların təyinatı dəyişdirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirləri gücləndirilir, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi təmin edilir.
16 Oktyabr 2017 14:01 SosialÖzəlləşdirmə prosesi sahibkarlığın inkişafına dəstək verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanına əsasən torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirləri gücləndirilir, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi təmin edilir. Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib ki, dövlət başçısının fərmanına uyğun olaraq mühüm işlər həyata keçirilir. Komitə, torpaq fondunun elmi əsaslarla istifadəsinin təşkili, müasir yanaşmalarla torpaq inzibatçılığının reallaşdırılması, beynəlxalq təcrübədən yararlanaraq torpaqların münbitliyinin, keyfiyyət göstəricilərinin artırılması istiqamətində ardıcıl tədbirlər görür. Belə tədbirlərdən biri də regionlarda keçirilən maarifləndirici İşgüzar Forumlardır. Belə tədbirin məqsədi bələdiyyələri, iri torpaq mülkiyyətçilərini digər aidiyyəti qurumları torpaqların qanunvericiliyin tələblərinə uyğun istifadəsi ilə bağlı qarşılıqlı əlaqənin təmin edilməsidir. Eyni zamanda torpaqların istifadəsi ilə bağlı yaranan hüquq və vəzifələri agah etmək, torpaq bazarının formalaşması və torpaq inzibatçılığı ilə əlaqədar yaranan məsələlər barəsində maarifləndirmək əsas vəzifələrdəndir. Nəzərə almaq lazımdır ki, həm kənd təsərrüfatının, həm də turizmin inkişafı baxımından torpaqdan səmərəli istifadənin təşkili, torpaqların kateqoriyalarına uyğun olaraq dəyərləndirilməsi vacib məsələlərdəndir. Ümumilikdə isə ölkə üzrə bu prosesin həyata keçirilməsi, torpaqların məhsuldarlığının artırılması iqtisadi aktivliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısının sədrliyi ilə keçən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu məsələlərə toxunulub. Qeyd edilib ki, kənd təsərrüfatının sürətli inkişafı ancaq intensiv metodlardan asılı olacaqdır. Aqrotexniki tədbirlər, laboratoriyaların qurulması, torpağın düzgün təhlili əsas şərtlərdəndir. Bununla yanaşı həmin torpaqların təyinatına uyğun istifadəsi də vacib məsələlərdəndir. Diqqət yetirilməlidir ki, ölkənin bir çox rayonlarında münbit torpaq potensialı xeyli genişdir, bu zaman kənd təsərrüfatı torpaqlarının səmərəli və təyinatına uyğun istifadəsi ön plana keçir. Belə olan halda rayonlarda aqrar sahənin inkişafı daha da sürətlənəcək. Məlumatda o da bildirilib ki, torpaq idarıçiliyinə yeni yanaşmalar, modern üsullar, innovativ layihələr tətbiq edilməklə torpaq idarəçiliyinin, torpaq bazarının təşkili daha da müasirləşib. Torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi, vahid torpaq idarəçiliyinin həyata keçirilməsi üçün bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bazasının yaradılması istiqamətində də işlər aparılır. Ölkə ərazisindəki bütün torpaqlar elektron kadastr uçotuna alınaraq Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılır. Artıq Komitənin rəyi olmadan torpaqlar icarəyə verilə bilməz. Odur ki, vətəndaşlara torpaqlar ayrılan zaman qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi, torpaqların təyinatının dəyişdirilməsi qaydaları izah edilməlidir. İstər icra strukturlarına, istərsə də vətəndaşlara torpaq idarəçiliyində yaranan qanunpozuntularının qarşısının alınması, bununla bağlı inzibati xətalar və sanksiyalar izah olunmalıdır. Məsələn, hər iki tərəf bilməlidir ki, sahilboyu 20-50 metrlik hissədə olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq üzrə inzibati tənbeh tədbirləri tətbiq olunur, cinayət əməlləri aşkar edilmiş müvafiq hal üzrə sənədlər aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilir. Belə halların qarşısını almaq, eləcə də torpaqla bağlı fəaliyyətin icrasında səmərəliliyin və effektivliyin daha da artırılması məqsədi ilə yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili mühüm əhəmiyyət kəsb edir. Məhz görülən işlərin nəticəsidir ki, torpaqların düzgün istifadəsini təmin edən, aqrar sahənin inkişafına təkan verən "Aqropark"ların yaradılması istiqamətində də işlər həyata keçirilir. Belə ki, yerli icra hakimiyyəti orqanları ilə birlikdə səmərəsiz istifadə olunan torpaqların istifadə vəziyyəti təhlil edilərək geri alınır, təyinatı dəyişdirilir.
Paralel olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərman və tapşırıqlarına əsasən daşınmaz əmlakın özəlləşdirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması, sosial innovasiyaların tətbiqi, bu sahədə şəffaflığın təmin edilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir. Özəlləşdirmə prosesində maksimum operativliyi təmin etmək və böyük investor kütləsini bu prosesə cəlb etmək üçün açıq və şəffaf hərraclar keçirilir. Belə hərraclar hər kəsin iştirakı üçün açıqdır. Yəni istənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq online izləyə bilər. Bu hərraclara qoşulan hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. Hərracların ictimai nəzarət və səmərəlilik prinsiplərinin təmin olunmaqla təşkil edilməsi prosesin şəffaflığını artırır. Yaradılan bu imkan hərracda iştirak etmək istəyənlərin işini rahatlaşdırır. Belə ki, əvvəlcədən hərrac barədə ətraflı məlumat toplamış şəxslər sonradan alıcı qismində iştirak edən zaman daha optimal qərar qəbul edə bilir. Artıq özəlləşdirmə prosesi birbaşa olaraq regionlarda da keçirilib. Qeyd edilməlidir ki, hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Təkcə 2017-ci ildə 40-a yaxın hərrac keçirilib. Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hərracların keçirilməsinin isə bir sıra iqtisadi üstünlükləri mövcuddur. Belə ki, proses ölkədə özəlləşdirməni sürətləndirir, iri və orta portfelli sahibkarlığın inkişafına dəstək verir. Eləcə də, müxtəlif iqtisadi sahələrdə, o cümlədən pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat, xidmət və sair sahələrin canlanmasına və inkişafına təkan olur. Belə müəssisələr və obyektlərdə fəaliyyət yenidən daha müasir şərtlərlə bərpa edilir. Bu isə paytaxtla yanaşı regionlarda yeni iş yerlərinin açılmasına səbəb olur.
Alim