Somali paytaxtı qan gölünə çevrildi — Ölü sayı 280-i keçdi
Somali tarixinin ən qanlı terror hücumuna məruz qalıb. Moqadişuda bomba yüklü maşının partlaması nəticəsində şəhər cəhənnəmə çevrilib. Hücum nəticəsində ölənlərin meyitləri tanınmaz hala düşüb. Ölənlərin sayı 280-i ötüb. 300 yaralı isə xəstəxanalara yerləşdirilib.
16 Oktyabr 2017 13:41 DünyaSomali tarixinin ən qanlı terror hücumuna məruz qalıb. Moqadişuda bomba yüklü maşının partlaması nəticəsində şəhər cəhənnəmə çevrilib. Hücum nəticəsində ölənlərin meyitləri tanınmaz hala düşüb. Ölənlərin sayı 280-i ötüb. 300 yaralı isə xəstəxanalara yerləşdirilib. Hadisə şahidi deyib: "Şahidi olduğum ən böyük partlayış idi. Ərazi bir anda yoxa çıxdı". Somali prezidenti Məhəmməd Abdullahi Məhəmməd ölkədə 3 günlük yas elan edib. Baş nazir isə Türkiyə səfərini təxirə salıb. Ölkə.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31