Elmin İnkişafı Fondu müsabiqə nəticələrini açıqladı

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə olaraq keçirilmiş “2016-cı İlin Alimi” və “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Ən Layiqli Alim - Ə.L.A." məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə olaraq keçirilmiş "2016-cı İlin Alimi" və "2016-cı İlin Gənc Alimi" mükafat müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçirilib. "OLAYLAR"-a fondun mətbuat xidmətindən bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, "2016-cı ilin alimi" , "2016-cı ilin gənc alimi" nominasiyaları üzrə 12 alim (8 alim "2016-cı ilin alimi", 4 alim "2016-cı ilin gənc alimi") qalib elan olunub. Qaliblərdən 6-cı AMEA-nın müxtəlif institutlarını, digər 6 qalib isə Bakı Dövlət Universiteti (3 yer), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edir. Müsabiqə nəticəsində Fizika, riyaziyyat və texnika elmləri üzrə 3, Kimya elmləri üzrə 4, Tibb, biologiya və aqrar elmləri üzrə 2, Humanitar və ictimai elmlər üzrə 3 alim qalib elan olunub. Mükafat müsabiqəsinin ümumi maliyyələşdirilmə həcmi 32000 manatdır. "2016-cı ilin alimi" nominasiyası üzrə mükafatın həcmi 3000 manat, "2016-cı ilin gənc alimi" nominasiyası üzrə 2000 manat təşkil edib. Qaliblərə xüsusi hazırlanmış adlı medal və diplomlar təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31