Diaspor təşkilatında dünya çempionu ilə görüş keçirilib  

Londonda keçirilən XVI Dünya Atletika Çempionatının qalibi olmuş azərbaycanlı Ramil Quliyevlə İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyində (İS-TAD) görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, Ramil Quliyev qazandığı uğurların bütün Türk dünyasının və üzvü olduğu “Fənərbaxça” İdman Klubunun nailiyyəti olduğunu vurğulayıb.

Londonda keçirilən XVI Dünya Atletika Çempionatının qalibi olmuş azərbaycanlı Ramil Quliyevlə İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyində (İS-TAD) görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, Ramil Quliyev qazandığı uğurların bütün Türk dünyasının və üzvü olduğu "Fənərbaxça" İdman Klubunun nailiyyəti olduğunu vurğulayıb. Dünya çempionu Ramil Quliyev və "Fənərbaxça" İdman Klubu nümayəndələrinin də iştirak etdiyi görüşdən məmnunluğunu ifadə edən İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyininin (İS-TAD) sədri Səfər Qaraqoyunlu deyib ki, bütün sahələrdə olduğu kimi, idmanda da qazanılan uğurlar hər iki dövlətin nailiyyətidir. O, da öz növbəsində öz qələbəsi ilə yaşatdığı sevinc hisslərinə görə, eyni zamanda ziyarətə görə R.Quliyevə və "Fənərbaxça" İdman Klubuna təşəkkür edib, uğurların davamlı olmasını arzulayıb. Sonra S.Qaraqoyunlu təşkilat adından R.Quliyevə plaket təqdim edib. Görüşdə, "Fənərbaxça" İdman Klubu rəhbəri Aziz Yıldırıma təqdim edilməsi məqsədilə Türkiyə Azərbaycan həmrəyliyinə və idmanın inkişafına verdiyi dəstəyə görə təşəkkür plaketi təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31