Elçin Babayev: “Maqnit qasırğaları ilə bağlı 3 gündən artıq verilən proqnozlar özünü doğrultmur"

Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası akademiyanın Coğrafiya İnstitutunun maqnit qasırğaları ilə bağlı açıqlama verməsini düzgün hesab etməyib.  Rəsədxananın direktor müavini Elçin Babayev deyib ki, Coğrafiya İnstitutunun belə işlərə qarışması tamamilə yersizdir. Çünki bu, sırf astrofiziki prosesdir: "Ümumiyyətlə, 3 gündən artıq verilən proqnozlar çox çətinliklə özünü doğruldur. Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşıdır". 

Qeyd edək ki, Coğrafiya İnstitutu maqnit qasırğasının oktyabrın 24-27-də yenidən baş verəcəyini qeyd edib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31