Frankfurtda “Azərbaycan Odlar Yurdu” adlı tədbir keçirilib

Frankfurt şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə milli pavilyonda “Azərbaycan Odlar Yurdu” adlı tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Azərbaycan diasporunun üzvləri, Almaniya ictimaiyyətinin nümayəndələri və Almaniyadakı azərbaycanlı tələbələr iştirak ediblər.

Frankfurt şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə milli pavilyonda "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə Azərbaycan diasporunun üzvləri, Almaniya ictimaiyyətinin nümayəndələri və Almaniyadakı azərbaycanlı tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan "Avropa Əməkdaşlıq Forumu"nun sədri, "Avropa Azərbaycanlıları Konqresi"nin fəxri prezidenti, "Alman-Azərbaycan Forumu"nun mədəniyyət şöbəsinin rəhbəri Samira Patzer-İsmailova bildirib ki, son illərdə Azərbaycanın beynəlxalq aləmdə təbliği istiqamətində aparılan uğurlu fəaliyyətin nəticəsidir ki, ölkəmizə səfər edən, Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olan almanların sayı durmadan artır. "Maints Azərbaycan Cəmiyyəti"nin sədri, "Avropa Azərbaycanlıları Konqresi"nin fəxri prezidenti Başar Kömür, "Frankfurt şəhərinin kommunal xaricilər nümayəndəliyi"nin sədri Cümə Məmmədov, "Azərbaycan Dağ Yəhudiləri Cəmiyyəti"nin sədri Orxan Şafadyayev, "Frankfurt Azərbaycan Dostluq Cəmiyyəti"nin sədri Kəmalə İskəndərova, alman dilində dərc olunan "İRS" jurnalının baş redaktoru Vüqar Aslanov (Dəmirbəyli) "Azərbaycanlılar Almaniyada" mövzusunda çıxış edərək, Almaniyadakı Azərbaycan diasporunun fəaliyyəti, tarixi irsimizin, mədəniyyətimizin yerli ictimaiyyətə çatdırılması sahəsində görülən işlər barədə iştirakçılara məlumat veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31