Təhsildə keyfiyyət məsələləri müzakirə olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Məktəb seminarları”nın növbəti sessiyaları Səbail, Xəzər və Pirallahı rayonlarının ümumi təhsil məktəbləri üzrə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri iştirak ediblər. Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, məktəblərdə Fəaliyyət Planı üzrə işin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, məktəblilərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, məktəbəhazırlıq qruplarının uşaqların inkişafına təsiri, müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti və digər müvafiq məsələlərə toxunub.
16 Oktyabr 2017 13:01 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən "Məktəb seminarları"nın növbəti sessiyaları Səbail, Xəzər və Pirallahı rayonlarının ümumi təhsil məktəbləri üzrə keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri iştirak ediblər. Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, məktəblərdə Fəaliyyət Planı üzrə işin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, məktəblilərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, məktəbəhazırlıq qruplarının uşaqların inkişafına təsiri, müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti və digər müvafiq məsələlərə toxunub. Sessiyada BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, İlhamə Abdullayeva, Bəşarət Məmmədov, Şahin İsgəndərov və Anar Qədiməliyev tədrisin təşkili, məktəb mühiti, şagird nailiyyətlərinin qiymətləndirilməsi, istedadlı şagirdlərlə iş, karyera inkişafı, eksternat imtahanları, təhsil müəssisələrinin uğurlarının təbliği, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəb saytlarının təkmilləşdirilməsi, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda çıxış ediblər.