Gündəm

Millət vəkilinin ailəsindəki faciənin TƏFƏRRÜATI

16 Oktyabr 2017 12:48

Millət vəkili, professor Musa Qasımlının bacısı qızı Xalidə Rzayevanın öldüyü qəzanın bəzi təfərrüatları məlum olub. Məlumata görə, Sumqayıt şəhəri ərazisində Qubadlı rayon sakini Orxan Həziyev idarə etdiyi "Mercedes” markalı avtomobillə törətdiyi qəza zamanı 4 piyada vurulub.

Nurgül Yeşilçay İran filmində

16 Oktyabr 2017 12:42

Məşhur türkiyəli aktrisa Nurgül Yeşilçay İran filmində çəkiləcək. Olaylar bildirir ki, iranlı rejissor Bayram Fazlın “ Yadullahın gözəl cini” filminə dəvət alan aktrisa aldığı travma səbəbi ilə danışa bilməyən Dilaramın həyatını canlandıracaq. Akrtisa canlandıracağı obraz haaqında bunları deyib:

Banqladeşdə rohincalıların qayığı batdı - ölənlər, itənlər var

16 Oktyabr 2017 12:41

Banqladeşdə Myanmadan gələn Rohinca qaçqınlarının olduğu qayığın batması nəticəsində azı 12 nəfər həlak olub. Məlumata görə, qəzaya uğrayan qayıqda 50-60 qaçqının olduğu bildirilir. Hazırda 15 nəfər xilas edilib. 30 nəfərə yaxın adamın itkin düşdüyü barədə məlumat verilir.

Baş ağrıları, halsızlığa SON - Sabahdan maqnit qasırğası səngiyəcək

16 Oktyabr 2017 12:40

Sabahdan etibarən geomaqnit qasırğası səngiyəcək. Məlumata görə, bunu jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Moskvanın mərkəzində ermənini güllələdilər

16 Oktyabr 2017 12:39

Moskvanın mərkəzində naməlum şəxslər bir nəfərə atəş açıblar. Güllələnən şəxs 44 yaşlı erməni olub. O, səhər saatlarında avtomobilindən enərkən silahlı hücuma məruz qalıb. Qətlin sifarişə bənzədiyi bildirilir. Polis araşdırma aparır. 

"Zövqsüz müğənniləri pul verib toylarına çağırırlar ki..." - Xalq artisti özündən çıxdı

16 Oktyabr 2017 12:33

Ötən gün ATV telekanalında yayımlanan "Atv maqazin onlarla" verilişinə müsahibə verən xalq artisti Azər Zeynalov maraqlı açıqlamaları ilə diqqət çəkib.

ABŞ-da Azərbaycana qarşı Qarabağ dinləmələri – Smit yenə Ermənistanın himayəçisi rolunda

16 Oktyabr 2017 12:30

Oktyabrın 18-də ABŞ-ın Helsinki Komissiyasında daha bir qərəzli dinləmələr keçiriləcək. Burada Dağlıq Qarabağ münaqişəsinin yenidən başlanmasının mümkünlüyü və bu məsələdə ABŞ və ATƏT-in rolu müzakirə olunacaq.

ABŞ-da Azərbaycana qarşı Qarabağ dinləmələri – Erməni lobbisi və Smitin BİRGƏ PLANI - VİDEO

16 Oktyabr 2017 12:29

Oktyabrın 18-də ABŞ-ın Helsinki Komissiyası Dağlıq Qarabağ münaqişəsinin yenidən başlanmasının mümkünlüyü, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək.

Türkiyə hökumətinin biganəliyi: Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar - VİDEO

16 Oktyabr 2017 12:21

Türk yazarların işğal altında olan Azərbaycana qanunsuz səfər etməsi, sonra da separatçı rejimi və Ermənistanı təbliğ etməsinin ardından Türkiyə Parlamentinin bir qrup üzvü də AŞPA-da Azərbaycan əleyhinə qəbul edilən qətnaməni dəstəkləyiblər. Təbii ki bütün bunlar Azərbaycan ictimaiyyətini narahat etməyə bilməz. Əsas təssüf doğuran məqam isə Türkiyə hökümətinin bütün bunlara biganə münasibətidir.

Deputat: Türkiyə Azərbaycanın dövlət sərhədini qanunsuz keçmiş vətəndaşları haqqında hüquqi prosedur başlamalıdır

16 Oktyabr 2017 12:19

Türkiyə hökuməti Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquqi prosedur başlamalıdır. Bunu açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Türkiyə hökuməti bunu etməklə gələcəkdə Qarabağa səfər etmək istəyən digər vətəndaşlarını da belə qeyri-qanuni addımlardan çəkindirməlidir.

Kimdir bu "müstəqil ekspertlər", adları niyə qapalı saxlanılır?

16 Oktyabr 2017 12:18

ABŞ Konqresinin Helsinki komissiyasının oktyabrın 18-də keçirəcəyi "Qarabağ dinləmələri"ndə iştirak üçün Azərbaycandan kimlər dəvət edilib? Tədbirin təşkilatçısı, Helsinki komissiyasının həmsədri Kristofer Smit bu məqamı, hələ ki, "sürpriz" kimi saxlayır. O, tədbir barədə yarana biləcək texniki suallara nisbətən cavab verib. Yaydığı ilkin relizdə bildirib ki, "dinləmələr oktyabrın 18-də keçiriləcək, orada Minsk Qrupunun keçmiş həmsədrləri Keri Kavano, Ceyms Uorlik, Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər. Tədbirdə Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bunun qarşısının alınmasında ABŞ və ATƏT-in rolu müzakirə ediləcək" və sair.

Ekspert: Bəzi türkiyəli deputatların fəaliyyəti Ermənistanın xeyrinədir

16 Oktyabr 2017 12:16

Sentyabr ayında Türkiyə parlamentinin deputatı Karo Paylanın Yerevana etdiyi səfər açıq-aşkar Ermənistanın xeyrinə olan addımdır. Bunu xarici siyasət üzrə türkiyəli ekspert və "Beyaz Hareket" siyasi hərəkatının baş əlaqələndiricisi Ərdəm Ərən deyib. O deyib: "Milli mənsubiyyətini nəzərə alsaq, K.Paylan Ermənistana rəğbət bəsləyə bilər, amma indiki halda o, uzun müddət Ermənistan və PKK ilə sıx əlaqə saxlamış Xalqların Demokratik Partiyasını (HDP) təmsil edir".

Qardaş Türkiyə Azərbaycanın tələbini niyə yerinə yetirməlidir?

16 Oktyabr 2017 12:14

Bu gün bölgədəki bütün üçtərəfli əməkdaşlıq mexanizmlərinin əsas oyunçuları Azərbaycan və Türkiyədir. Bakı-Ankara münasibətləri iki dövlətin deyil, eyni zamanda bütün regionun rifahına xidmət edir. Azərbaycan və Türkiyə bölgədə stabillik və sülhün qarantıdır.

Dərman vasitələri yeni qaydalarla idxal ediləcək

16 Oktyabr 2017 12:12

Azərbaycanda dərman bazarına nəzarəti daha da gücləndirmək, ölkəyə daha keyfiyyətli dərmanların gətirilməsini təmin etmək üçün yeni sənədlər hazırlanır. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən cavab olaraq bildirilib ki, "Bioloji aktiv əlavələrin ekspertizadan keçirilməsi qaydaları" artıq hazırlanaraq aidiyyəti qurumlara göndərilib. Hazırda isə "Dərman vasitələrinin idxalına icazənin verilməsi qaydaları" hazırlanır.