"Zövqsüz müğənniləri pul verib toylarına çağırırlar ki..." - Xalq artisti özündən çıxdı
Ötən gün ATV telekanalında yayımlanan "Atv maqazin onlarla" verilişinə müsahibə verən xalq artisti Azər Zeynalov maraqlı açıqlamaları ilə diqqət çəkib.
16 Oktyabr 2017 12:33 MədəniyyətÖtən gün ATV telekanalında yayımlanan "Atv maqazin onlarla" verilişinə müsahibə verən xalq artisti Azər Zeynalov maraqlı açıqlamaları ilə diqqət çəkib. Güclü səs sahibi bayağı mahnılarla "qulaqları korlayan" müğənnilər və onları toylarına dəvət edənləri tənqid edib: "Zövqsüz müğənniləri pul verib toylarına çağırırlar ki, bir az da zövqümüzü korla. Hamımız əl-ələ verib birlikdə mübarizə aparmalıyıq. Bilmirlər ki, əsl musiqi nədir. Biz birgə onları 3-5 ilə əsl musiqiyə gətirsək, o zövqü pozulmuş insanlar hamısı düzələcək. Pisliyə doğru getmək asandır. Çalışaq yaxşılığa doğru aparaq dinləyiciləri". Milli.az