Gündəm

Oğrunun digər əməlləri aşkar edildi

18 Oktyabr 2017 15:35

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Fəqan Qafarovun ətrafında Bakı Şəhər BPİ Cinayət Axtarışı İdarəsininin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Avtomobil vuran piyada ölüb

18 Oktyabr 2017 15:34

Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 17-də saat 15 radələrində Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində rayon sakini Təbriz Gülməmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən həmyerlisi Novruz Bədəlovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

Tağıyev qəsəbəsində silah-sursat tapılıb

18 Oktyabr 2017 15:32

 H.Z.Tağıyev qəsəbəsi ərazisində korroziyaya uğramış silah-sursat tapılıb. DİN-dən “Olaylar”a veriln məlumata görə, DİN-in Baş Mühafizə İdarəsi və Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən H.Z.Tağıyev qəsəbəsi ərazisində korroziyaya uğramış 48 ədəd müxtəlif kolibrli mərmi, 1 ədəd qumbara və 1 ədəd alışdırıcı tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Avtomobillərin qənimi tutulub

18 Oktyabr 2017 15:31

Paytaxtda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Asif Qalimovun ətrafında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin iyul ayı ərzində rayon ərazisində 2 avtomobildən 40 manat pul, məişət əşyası və sənəd oğurlaması müəyyən edilib.

Gənc bəstəkarlar İttifaqa üzv oldular

18 Oktyabr 2017 15:31

Oktyabrın 17-də  Bəstəkarlar İttifaqının İdarə Heyətinin nöbəti iclası keçirilib. Olaylar bildirir ki, iclasda çıxış edən İttifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə cari ilin I yarımilində görülən işlər barədə məlumat verib. Çıxışında F.Əlizadə 2017-ci ilin ilin sonunadək nəzərdə tutulmuş tədbirlər planına da toxunaraq bildirib ki, oktyabrın 28-də Heydər Əluyev Mərkəzində SSRİ xalq artisti Müslüm Maqomayevin 75 illiyinə həsr edilən xatirə gecəsinin keçirilməsi planlaşdırılıb. Həmçinin noyabr ayında görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 100 illiyi dövlət səviyyəsində böyük təntənə ilə qeyd ediləcək.  Bundan başqa hər il olduğu kimi bu il də noyabrın 28-29-da  gənc bəstəkarların yeni əsərlərindən ibarət Plenumun da keçiriləcəyini qeyd edən sədr, Plenumda ifa olunacaq əsərlərin yığıldığını əlavə edib.

Bir millətin müstəqilliyinin sığortası, şəhidlərinin qanı, ruhudur

18 Oktyabr 2017 15:30

Azərbaycanın ikinci müstəqilliyinin 26-cı ildönümü münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edən Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) baş katibi Mehmet Gıyas Azeriturk deyib ki, torpağı vətən edən, o torpağın övladlarının, o torpaqlar üçün verdiyi candır: "Vətənin hər qarış torpağı, vətəndaşın qanıyla islanmadıkça tərk olunamaz”.

Təhsil müəssisələrində Müstəqillik Günü qeyd edilib

18 Oktyabr 2017 15:27

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbirlər keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, təhsil müəssisələrində “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. 

Kərküklə bağlı gizli anlaşmalar

18 Oktyabr 2017 15:25

Şimali İraqda vəziyyət dəyişməkdədir. Kürdlərin muxtariyyatı üçün keçirilən referenduma ciddi dəstək verən Qərb, Avropa eyni təhlükənin özünə doğru çevrildiyini gördükdə onlara dəstək verməkdən ehtiyat etməli oldu. Son günlər Şimali İraqda gedən döyüşlərdə İraq ordusunun kürdlərə ciddi zərbələr vuraraq onları xeyli sıxışdırması, Kərkükdə indiyə qədər mövcud olan təhlükənin bir qədər uzaqlaşdırılması belə deməyə əsas verir. Təsadüfi deyil ki, elə kürdlər də açıq şəkildə məğlubiyyətə doğru getdiklərini etiraf edirlər. Dünənə qədər güc, təhdid dili ilə danışan Bərzani, bu gün daha məyus, sakit görünür. Başda Bərzani olmaqla kürdlər etiraf edirlər ki, Qərb, Birləşmiş Ştatlar onlara xəyanət etdi. Və söz verdikləri dəstəkdən imtina edərək onları İraq ordusu qarşısında acız buraxdı.

Gecikdirilmiş ödənişlər işçilərə  verildi

18 Oktyabr 2017 15:24

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən  həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin 9 ayında ümumilikdə 94 563 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Rusiyanın Ermənistanı silahlandırması...

18 Oktyabr 2017 15:14

Rusiya forpostu olan Ermənistanı silahlandırmaqda davam edir. 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib.

Smit həmişə özünə “demokratiya” libası geyindirməyə çalışıb

18 Oktyabr 2017 15:12

Ermənistanın siyasi, iqtisadi və hərbi baxımdan dalana dirəndiyini görən ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələr iğalçı ölkəni dirşəltmək niyyətinə düşüblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamasalınması prosesində vasitəçilik missiyasını daşıyan Rusiya işğalçı dövləti silahla təmin etmək qərarına gəlib.Yəni, Rusiya bölgədə yenidən müharibənin qızışmasında maraqlı tərəf kimi çıxış edir.

Bakı-Abşeronda bir neçə yerdə sürüşmə və subasma sahələri aktivləşib

18 Oktyabr 2017 15:09

Bakı şəhəri və Abşeron rayonunda sürüşmə sahələrində vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, Zığ, Masazır qəsəbəsində “Zəli” gölü və Hökməlidə Nübar qəsəbəsi sürüşmə sahələrində aktivlik müşahidə edilir. Ekspedisiya rəisinin sözlərinə görə, sürüşmə sahələrinin aktivləşməsinə atmosfer yağıntıları səbəb olub.

“Mollalarda gəzirdi, 9 ay idi evdə yox idi…” - Qız qaçıran evli kişi

18 Oktyabr 2017 15:07

Tərtərdə ailə olduğu halda başqa qızı qaçırmaqda ittiham olunan Vahid Qasımov məsələ ilə bağlı açıqlama verib. O,sosial şəbəkələrdə keçmiş həyat yoldaşı barəsində ittihamlar irəli sürüb və qız qaçırmasına haqq qazandırıb: "9 ay idi ki, çıxıb anasının yanına getmişdi. Heç ailəsindən xəbəri yox idi. Ailə kimi davranmırdı. Məni ailəmdən ayırmaq istəyirdi. Deyirdi ki, gedəj ayrı yerdə qalaq. Mən sənin valideyninə baxmaq istəmirəm. 

Yuğ Teatrında tədbir

18 Oktyabr 2017 15:05

Azərbaycan Dövlət YUĞ Teatrında 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirəcək. Olaylar bildirir ki, bu gün Yuğ Teatrı üçün ikiqat bayramdır. Belə ki, Yuğ teatrının və onun yaradıcısı ustad rejissor Vaqif İbrahimoğlunun doğum günüdür. Bu gün teatrın kollektivi V.İbrahimoğlunun məzarını ziyarət edib.

Bədəninizdə bu bölgələrə DİQQƏT EDİN! - Önəmli çatışmazlıqlarınız ola bilər - FOTOLAR

18 Oktyabr 2017 15:02

Əgər doğru yerlərə baxsanız, vücudunuzun sizə bir çox mesaj verməkdə olduğunu görə bilərsiniz. Özəlliklə, önəmli vitamin və mineralların əskikliyi varsa, diqqət çəkən simptomlar ortaya çıxır.