Smit həmişə özünə “demokratiya” libası geyindirməyə çalışıb

Ermənistanın siyasi, iqtisadi və hərbi baxımdan dalana dirəndiyini görən ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələr iğalçı ölkəni dirşəltmək niyyətinə düşüblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamasalınması prosesində vasitəçilik missiyasını daşıyan Rusiya işğalçı dövləti silahla təmin etmək qərarına gəlib.Yəni, Rusiya bölgədə yenidən müharibənin qızışmasında maraqlı tərəf kimi çıxış edir.

Deputat: "Amma əməlləri demokratiya ilə daban-dabana ziddir"

Ermənistanın siyasi, iqtisadi və hərbi baxımdan dalana dirəndiyini görən ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələr iğalçı ölkəni dirşəltmək niyyətinə düşüblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamasalınması prosesində vasitəçilik missiyasını daşıyan Rusiya işğalçı dövləti silahla təmin etmək qərarına gəlib.Yəni, Rusiya bölgədə yenidən müharibənin qızışmasında maraqlı tərəf kimi çıxış edir. Digər həmsədr ölkə olan ABŞ Helsinki Komissiyası isə Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu mövzusunda dinləmələr təşkil edir. Üstəlik bu dinləmələrə Rusiya, Türkiyə və İran da cəlb olunur. Dinləmələrdə üstünlük hüququ isə Minsk Qrupunun keçmiş həmsədrləri Keri Kavano, Ceyms Uorlik və Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qronoya verilir. Diqqət çəkən məqam ondan ibarətdir ki, sadalanan şəxslər münaqişənin əsil mahiyyətini hamıdan yaxşı bilsələr də dəfələrlə ədalətsiz və qərəzli mövqelərini ortaya qoyublar. Bu isə o deməkdir ki, həmin şəxslər ömrü boyu "Qarabağ münaqişəsinin" hesabına çörək qazanıblar. Acınacaqlı hal ondan ibarətdir ki, hələ də həmsədr ölkələr bu münaqişədən öz maraqları üçün istifadə etmək cəhdində bulunurlar. Münaqişənin həllinə təkan vermək əvəzinə, ikili standartlarını davam etdirirlər. Qətiyyətlə demək olar ki, Helsinki Komissiyasının Dağlıq Qarabağla bağlı dinləmələri Ermənistana yeni yardım imkanlarının əldə edilməsi məqsədi güdür. Nəzərə almaq lazımdır ki, ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kristofer Smitdir. Bu şəxs siyasi əqidəsini tez-tez dəyişməklə yanaşı, ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biridir. Belə halda sözügedən dinləmələri təsadüfi hesab etmək sadəlövlük olardı.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib ki, ABŞ konqresmeni Kristofer Smit Azərbaycana qarşı həmişə qərəzli münasibəti ilə seçilib. Azərbaycan cəmiyyətinə K.Smitin fəaliyyəti yaxşı tanışdır. S.Fətəliyeva bildirib ki, 1990-cı illərin əvvəlində Azərbaycana qarşı qəbul olunmuş ədalətsiz "907-ci düzəliş"in müəlliflərindən olan K.Smit tutduğu vəzifə və imtiyazlardan istifadə edərək Dağlıq Qarabağın müstəqilləşməsi və ona birbaşa yardım göstərilməsi kimi məsələlərdə daim ermənilərin ən böyük dəstəkçilərindən biri olub. Həmçinin K.Smit uydurma "erməni soyqırımı" kampaniyasının fəal təşkilatçılarından biri kimi, ardıcıl olaraq Türkiyəyə, Türk dünyasına qarşı çıxışları və düşmən münasibəti ilə seçilir: "O, ABŞ-ın uydurma "erməni soyqırımı"nı tanımasının ən aktiv tərəfdarlarındandır. Bu şəxs həmişə özünə "demokratiya" libası geyindirməyə çalışıb. Əməlləri isə demokratiya ilə daban-dabana ziddir. Smit həqiqətən demokratiya, insan haqlarının müdafiəçisidirsə, onda dünya insan haqlarının pozulmasını, o cümlədən Ermənistanın Azərbaycan torpaqlarını işğal edərək bir milyondan çox insanın öz doğma yurdlarında yaşamaq hüququndan məhrum etməsini pisləyərdi. Lakin biz bunun əksini görürük və Smit işğalçı Ermənistanın ən fəal dəstəkçilərindən biridir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, ABŞ Helsinki Komissiyası bu dinləmələri keçirməklə Ermənistanı "müdafiəyə ehtiyacı olan tərəf" kimi tanıtmaq və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yadımı artırmağa çağırmaq məqsədi güdür".
Siyasi şərhçi Azər Həsrət isə deyib ki, ABŞ-ın Helsinki Komissiyası Azərbaycanla bağlı həmişə müzakirələr, dinləmələr keçirəndə birtərəfli mövqedən çıxış edib: "Xüsusən də bu müzakirə və mövzularla bağlı məsələlərdə ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smit, eyni zamanda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin fəallığını müşahidə etmişik. Bu dəfə də biz görürük ki, həmin təşəbbüsdə olan şəxs Kristofer Smitdir. Bu şəxsin mövqeyi hamımıza, eləcə də dünyada bəllidir. Yəni bu adam rəsmən Ermənistanın tərəfindədir. O bütün varlığı ilə ermənilərin mənafeyini müdafiə edir. Həmçinin qondarma soyqırım məsələsində Ermənistanın tərəfində durur və Türkiyəni ittiham edir. Onun sözlərinə görə, Smit Dağlıq Qarabağ məsələsində də Azərbaycana qarşı çıxışları, mövqeyi ilə tanınır: "Belə bir adamın başçılığı altında dinləmələrin keçirilməsi təbiidir ki, başqa şeylərdən xəbər verir. Bu sadəcə ikili standart deyil, həmçinin qərəzdir və bir ölkəyə qarşı ədalətsiz yanaşmadır. Biz ABŞ-ı dünyada əslinə qalanda demokratiyanın dayağı kimi görmək istəyirik. Amma görürsünüz ki, zaman-zaman ABŞ-dan bu cür səslər yüksəlir. Burada nəinki demokratiyadan, elementar ədalətdən belə danışa bilmirik. Baxın, Kristofer Smit Helsinki Komissiyasında indi bu müzakirəni təşkil etməklə Azərbaycana qarşı yeni hücum cəbhəsi açmaq istəyir. Yəni onların dərdi heç də Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi deyil. Onların əsas məqsədi Ermənistanın ayağını gücləndirmək, ona yeni yardımlar üçün imkanlar yaratmaqdır. Ümumiyyətlə qlobal səviyyədə Ermənistanın məzlum bir ölkə olduğunu yenidən gündəmə gətirməkdir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31